Fakültənin görkəmli elm xadimləri və məzunları

Fakültənin məzunları M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasından başlamış kənd kitabxanalarına qədər respublikanın bütün kitabxana şəbəkələrində müvəffəqiyyətlə çalışmaqdadırlar. Respublikanın bütün kitabxana-informasiya müəssisələrində, elmi-texniki, xüsusi, kütləvi kitabxanalarında rəhbər işlərdə, mühüm elmi vəzifələrdə çalışan məzunlar dərin biliyi, peşəkarlığı, yüksək elmi, intelektual səviyyəsi, böyük vətəndaşlığı ilə fərqlənirlər.
Kitabxanaçılıq-informasiya fakültəsinin məzunları sırasında elmlər doktorları, professorlar, dosentlər, görkəmli yazıçılar, şairlər, ictimai və dövlət xadimləri, Milli Məclisin üzvləri, jurnalistlər, hüquq-mühafizə orqanlarının əməkdaşları, inzibati işçilər, ayrı-ayrı nazirliklərdə müvəffəqiyyətlə çalışan kadrlar çoxdur. Onlardan bəzilərinin adlarını çəkmək yerinə düşər: professorlardan Abuzər Xələfov, Bayram Allahverdiyev, Zöhrab Əliyev, Xəlil İsmayılov, Qara Namazov, İslam Ağayev, Əsədulla Qurbanov, dosentlərdən Elman Bədəlov, Hacı Həsənov, Tacəddin Quliyev, Zöhrab Baxşəliyev, Fərman Həsənov, Əşrəf Xələfov, Əli Rüstəmov, Sahib Rzayev, Aşur Əliyev, Nadir İsmayılov, Mehmanəli Məmmədov, Elçin Əhmədov, Knyaz Aslan, Ələmdar Bayramov, Almaz Abbasova, Rasim Süleymanov, Əmin Əfəndiyev, Fazil Məm­mədov, Zülfəli İbrahimov, İsmayıl Əyyubov, Qafar Əliyev, Nailə Mehrəliyeva, Şəhla Quliyeva, Vüsalə Musalı, kitabxana işinin təşkilatçılarından Firuzə Quliyeva, Tahir Sadıqov, Fikrət Mahmudov, Oruc Quliyev, Müzəffər Həsənov, Tamella İsmixanova, Sara İbrahimova, Narıngül Xələfova, Cabir Ağaməmmədov, Mirzəmməd Novruzov, Asif Bayramov, Ələd­din Əliyev, Rəfiqə Zərdabi, Mələkxanım Hacıyeva, Xuraman İsmayılova, şair, yazıçı və jurnalistlərdən Zəlimxan Yaqub, Əlisa Nicat, Məmməd İsmayıl, Şakir Yaqubov, Əhməd İsayev, Akif Nəsirov, Şəlalə Məhyəddinqızı və digərləri.

Kitabxanaçılıq-informasiya fakültəsinin 10 ən məşhur məzunu




Professor Abuzər Xələfov
Professor Xəlil İsmayılov
Professor Bayram Allahverdiyev
Professor Zöhrab Əliyev
Professor Qara Namazov
Professor Aybəniz  Əliyeva-Kəngərli
Professor Kərim  Tahirov
Dosent, Şair-publisist Knyaz Aslan
İsmayıl  Vəliyev
Xalq şairi Zəlimxan Yaqub
Yazıçı-publisist Əlisa Nicat
Şair-publisist  Məmməd İsmayıl
İslam Ağayev

Bookmark and Share
© Bakı Dövlət Universiteti