Aybəniz İbrahim qızı Əliyeva-Kəngərli
1968-ci ildə Azərbaycan Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1992-ci ildə namizədlik dissertasiyası, 2010-cu ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 2001-2014-cü illərdə Azərbaycan MEA-nın Mərkəzi Kitabxanasının direktoru olmuşdur. Hal-hazırda AMEA-nın Əlyazmalar İnstitutunun direktor müavinidir. 2014-cü ildəBMT yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının həqiqi üzvü seçilmişdir. Kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq, kitabşünaslıq və ədəbiyyatşünaslıq elminin aktual məsələlərinə həsr olunmuş 15 kitab və monoqrafiyanın, 170-dən çox elmi məqalənin müəllifi, 120-yə yaxın biblioqrafik göstəricinin, tərtibçi-müəllifi, elmi redaktoru olmuşdur. “Heydər Əliyev və Azərbaycan elmi” kitabının və “Heydər Əliyev. Müstəqilliyimiz əbədidir” çoxcildliyin elmi-biblioqrafik göstəricisinin müəllifidir.



