Professor Abuzər Alı oğlu Xələfov

Azərbaycanda kitabxana işi tarixinin ilk tədqiqatçısı, respublikamızda ali təhsilli kitabxanaşünas-biblioqraf və kitabşünas kadrlar hazırlayan fakültənin yara- dıcısı, milli kitabxanaşünaslıq elminin banisi, kitabxanaşünas, pedaqoq, t. e. d. (1974), professor (1978), "AR-nın Qabaqcıl təhsil işçisi" (2006), "Əməkdar mədəniyyət işçisi" (1969), "Əməkdar elm xadi­mi" (2001), Azərbaycan Respublikası Prezidentinin təqaüdçüsüdür (2007).
1950-ci ildə Göyçə mahalında Toxluca kənd orta məktəbini bitirmişdir. 1950- 1955-ci illərdə BDU-nun Filologiya fakültəsinin kitabxanaçılıq şöbəsində təhsil almışdır. 1955-1978-ci illərdə Kitabxanaçılıq fakültəsində müəllim, baş müəllim, dosent işləmişdir. 1978-ci ildən professordur. A.Xələfov Azərbaycanda kitabxanaşünaslıq elminin banisi, milli kitabxanaşünaslıq elmi məktəbinin yaradıcısı, ali kitabxanaçılıq-informasiya təhsilinin təşkilatçısı, görkəmli elm, təhsil və mədəniyyət xadimi kimi ölkəmizdə və xaricdə yaxşı tanınan görkəmli ziyalılardandır. Alim ən qədim dövrlərdən zəmanəmizə qədər Azərbaycanda kitabxa­na işinin tarixini və inkişaf istiqamətlərini hərtərəfli tədqiq etmiş, sanballı monoqrafiyaları ilə ölkəmizdə ilk dəfə olaraq bu sahənin bünövrəsini qoymuşdur. A.Xələfov 1961-ci ildə ilk dəfə olaraq "Sovet Azərbaycanında kitabxana işinin tarixindən (1920-1932)" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək kitabxana işinin tarixinin elmi əsaslarla tədqiq edilib öyrənilməsi sahəsinin əsasını qoymuşdur. 1962-ci ildə professor A. Xələfovun fəal iştirakı və xidməti sayəsində BDU-nun Kitabxanaçılıq şöbəsi müstəqil Kitabxanaçılıq fakültəsinə çevrilmiş və gənc tarix elmləri namizədi, do- sent A.Xələfov həmin fakültənin ilk dekanı seçılmışdir. O, 1962-ci ildən 1970-ci ilə və 1980-ci ildən 1995-ci ilə qədər, yəni 25 il bu fakültəsinin dekan olmuş, onun formalaşması və inkişafi naminə mühüm xidmətlər göstərmişdir. A.Xələfov eyni zamanda 1963-cü ildən indiyədək, yəni yarım əsrə yaxındır ki, Kitabxanaşünaslıq kafedrasının müdiri kimi səmərəli faəliyyət göstərir. Bütövlükdə 25 il Kitabxanaçılıq fakültəsinin dekanı vəzifəsində işləmişdir. 1963-cü ildə isə eyni zamanda Kitabxanaşünaslıq və biblioqrafiya kafedrasının müdiri vəzifəsinə seçilən А. Xələfov bu dövrdən sonra paralel olaraq dekanlığın və kafedranın işinə nəzarət etməli, onların fəaliyyətini əlaqələndirməli və istiqamətləndirməli, başqa sözlə, idarəetmə funksiyası ilə elmi tədqiqatçılıq prosesini bir-biri ilə sıx şəkildə uzlaşdırmalı olur ki, bu da həm fakültənin, həm də kafedranın müasir elmi əsaslar üzərində düzgün istiqamətdə inkişafina ciddi kömək göstərir. Ali təhsil sistemində tədris proseslərinin mahir bilicisi kimi tanınan A.Xələfov istər respublikamızda, istərsə də Bakı Dövlət Universitetində ali təhsilin yenidən qurulması və optimallaşdırılması ilə bağlı mühüm məsələlərin həllində yaxından iştirak edir və bu sahəyə öz sanballı tövhəsini verir. Alim "Kitabxanaçılıq informatikası", "Kitabxanaçılıq pedaqogikası", "Kitabxanaçılıq psixologiyası", "Kitabxana iqtisadiyyatı", "Kitabxanaçı peşəsi" kimi kitabxanaşünaslıq sahələrinin formalaşmasına, həmçinin kitabxanaçı kadrların hazirlığının ixtisaslaşdırılmasına, geniş profilli kitabxana işçilərinin hazirlanmasına dair perspektivli ideya və təkliflər vermişdir. Bu isə öz nöbəsində Bakı Dövlət Universitetində yeni ali təhsil sisteminin - bakalavriatura və magistratura pillələrinin əsasını təşkil etmişdir. О, eyni zamanda BDU-da kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq, kitabşünaslıq, və informatika üzrə bakalavr və magistr təhsilinin təşkilatçısı, bu istiqamətləri ixtisas fənlərinə dair tədris plan və proqramları nın əsas müəllifidir. A.Xələfovun elmi yaradıcılığında Azərbaycanda kitab və kitabxana mədəniyyətinin təşəkkülü və inkişaf tarixinin tədqiq edilib ümumiləşdirilməsi mühüm yer tutur. Yaradıcılıq fəaliyyətinin lap əvvəllərindən başlayaraq mədəniyyət və kitabxana işi quruculuğunun tarixi problemləri, kitabxanaşünaslığın nəzəriyyəsi və metodologiyası, ali kitabxanaçılıq-informasiya təhsili məsələləri, eləcə də kitabxana işi nəzəriyyəsi və bir sıra digər aktual elmi problemlər alimin diqqət mərkəzində dayanmışdır. A.Xələfov 1975-ci ildə ilk dəfə olaraq "Azərbaycanda kitabxana işinin tarixi (1935-1959)" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək təkcə Azərbaycanda deyil, eləcə də Sovet İffifaqı məkanında kitabxana işi sahəsində ilk tarix elmləri doktoru alimlik dərəcəsi almışdır. Bu dissertasiya ölkəmizdə kitabxana tarixinə dair ilk fundamental tədqiqat kimi alimə böyük nüfuz qazandırmışdır. A.Xələfov bütün ömrünü respublikamızda kitabxana işi tarixinin öyrənilməsinə həsr etmiş, sanballı monoqrafiyalar, dərsliklər, dərs vəsaitləri və s. nəşr etdirmişdir. Bunlardan "Sovet Azərbaycanında kitabxana işinin tarixindən (1920-1932)" (1960); "Azərbaycanda kitabxana işinin tarixindən (1870-1920)" (1960); "Azərbaycanda kitabxana işinin tarixi (1933­1959)" (1974); "Kitabxanaşünaslığa giriş" (3 hissədə; 2001-2003), "Heydər Əliyev və Azərbaycanda kitabxana işi" (2006), "Azərbaycanda kitabxana işinin tarixi" (2004-2010) və s. kimi fundamental əsərlər mühüm əhəmiyyətə malikdir. A.Xələfovun elmi araşdırmalarında Azərbaycanda ali kitabxanaçılıq-informasiya təhsilinin tarixi və nəzəri problemlərinin tədqiqi xüsusi yer tutur. Alimin "Azərbaycanda kitabxanaçılıq təhsilinin inkişafi" (1989), "Azərbaycanda ali kitabxanaçılıq təhsili" (1998) adlı monoqrafiyaları, çox- saylı məqalələri, tədris-metodik mate- rialları ölkəmizdə kitabxanaçılıq-informasiya təhsilinin, yüksək ixtisaslı mütəxəsislər hazırlanmasının konseptual cəhətdən həllinə ciddi təsir göstərmişdir. A.Xələfovun elmi yaradıcılığında ulu öndər Heydər Əliyevin elmi-nəzəri irsi- nin öyrənilməsi və təbliği mühüm yer tu­tur. Alimin "Heydər Əliyev. Biblioqrafik məlumat kitabı" və "Heydər Əliyev və Azərbaycanda kitabxana işi" kimi sanballı kitabları bu baxımdan olduqca diqqətəlayiqdir. О, Azərbaycanda kitabxanaşünaslıq elmi sahəsində xüsusi elmi məktəb yaratmış, 1 doktorluq və 15 namizədlik dissertasiyası məhz onun elmi rəhbərliyi ilə müdafiə edılmışdir. Tanınmış alim eyni zamanda 25 nəfər elmlər namizədi və elmlər doktorunun hazırlamasında elmi məsləhətçi və ya opponent kimi xüsusi fəallıq göstərmişdir. A.Xələfov uzun illər ərzində doktorluq dissertasiyalarının müdafiəsi üzrə vahid ixtisaslaşdırılmış şuranın (Moskva) üzvü kimi də səmərəli fəaliyyət göstərmişdir. A. Xələfov SSRİ məkanında kitabxana işinin tarixi sahəsində ilk elmlər doktoru kimi şöhrət qazanmış və Azərbaycan kitab- xanaşünaslıq elmi məktəbinin əsasını qoymuşdur. A.Xələfov uzun illər ərzində Sovet İffifaqında - Moskva şəhərində fəaliyyət göstərmiş doktorluq disserta- siyalarının müdafiəsi üzrə vahid ixtisaslaşdırılmış şuranın üzvü kimi də fəaliyyət göstərmişdir. О, Azərbaycanda, Rusiya­da, Gürcüstanda, Özbəkistanda mədəniyyət, kitabxana quruculuğu, kitabxanaşünaslıq tarixi və nəzəriyyəsi problemləri üzrə müdafiə edılmış bir çox namizədlik və doktorluq dissertasiyalarının op­ponent, yaxud müdafiə şuralarının üzvu kimi iştirak etmişdir. Respublikamızda ХХ əsrin 60-cı illərindən başlayaraq kitabxanaşünaslıq və biblioqrafiyaşünaslıq sahəsində doktorluq və namizədlik müdafiə etmiş alimlərin demək olar ki, hamısı A.Xələfov elmi məktəbinin yetirmələridir. Ölkəmizdə mədəniyyət və kitabxana işi quruculuğunun tarixi problemləri, kitabxanaşünaslığın nəzəriyyəsi və metodologiyası, ali kitabxanaçılıq-biblioqrafiya təhsili məsələləri, habelə kitabxana işi nəzəriyyəsi və bir sıra digər aktual elmi problemlər A.Xələfovun elmi araşdırmalarının özəyini təşkil edir. А. Xələfovun adı vətənimizin sərhədlərindən çox-çox uzaqlarda da məşhurdur. Onun fəaliyyəti 2001-ci ildə Amerika Bioqrafiya İnstitutunun nəşr etdirdiyi "Görkəmli liderlərin beynəlxalq soraq kitabı"nın XI nəşrinin nominanti seçilmiş, fəxri fərman və qızıl medalla təltif edilmişdir. A.Xələfov Həcc, Məşhəd və Kərbəla ziyarətlərində olmuşdur. 1962-ci ildən BDU-nun Böyük Elmi Şurasının üzvüdür. Azərbaycan SSR Mədəniyyət Nazirliyi yanında İdarələrarası Kitabxana Şurasının sədri (1964-1984), SSRİ Mədəniyyət Nazirliyi yanında İdarələrarası Kitabxana Şurasının üzvü (1965-1980), Azərbaycan Sovet Ensiklopediyasının elmi məsləhətçisi, BDU-nun Elmi Əsərlərinin "Kitabxanaşunaslıq və biblioqrafi­ya" seriyasının redaktoru (1970-1979), Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-Metodik Şurasının "Kitabxana- şünaslıq, biblioqrafiyaşünaslıq və kitab- şünaslıq" bölməsinin sədri, Respublika Kitabsevərlər Cəmiyyəti nəzdində "Kitab" Xalq Universitetinin rektoru (1982-1987), "Kitabxana işi haqqında" Azərbaycan Respublikası Qanununun la- yihəsini hazırlayan işçi qrupunun sədri, "Təhsil haqqında" Azərbaycan Respub- likası Qanununun layihəsini hazırlayan işçi qrupunun üzvü, BDU-nun Veteranlar şurasının sədr müavini, BDU-nun Nəşriyyat Şurasının sədri kimi fəal ictimai işlər aparmışdır. 1999-cu ildə Azərbaycan Kitabxanaçılar Cəmiyyətini yaratmış və onun ilk prezidenti seçılmışdir. 1999-cu ildən BDU-nun "Kitabxana işinin kompüterləşdirilməsi" elm-tədqiqat laboratoriyasının müdiridir. 2000-ci ildən BMT yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının müxbir üzvü, 2001-ci ildən həqiqi üzvüdür (akademikidir).
A.Xələfov 300-ə yaxın elmi əsərin, 10 monoqrafiyanın, 30-dan artiq dərslik və dərs vəsaitnin, çoxsaylı elmi məqalənin müəllifidir. A.Xələfov 20-dən çox fəlsəfə doktoru və elmlər doktoru yetişdirmiş- dir. A.Xələfov "Böyük Vətən müharibə- sində rəşadətli əməyə görə" (1946), "Şərəfli əməyə görə" (1970), "İşdə əla müvəffəqiyyətlərinə görə" (1979), "N.K.Krupskaya" (1984), "Fəal işinə görə" (1987), "Əmək veteranı" (1989), "Şöhrət" (2000), "Xeyriyyəçilik və maarifçilik" (2001), "Azərbaycan Respublikasının Qabaqcıl təhsil işçisi" (2006) və s. kimi or- den, medal və nişanlarla təltif edilmişdir. "Azərbaycan SSR əməkdar mədəniyyət işçisi" (1969) və "Əməkdar elm xadimi" (2001), "İlin müəllimi" (2005) fəxri adlarına layiq görülmüşdür. 2007-ci ildən Azərbaycan Respublikası Prezidentinin təqaüdçüsüdür. Hazırda A.Xələfov Azər- baycan Kitabxanaçılar Cəmiyyətinin prezidenti, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Vahid Elmi-Metodik Şurasının "Kitabxanaşünaslıq və biblioqrafiya" bölməsinin sədri, BDU-nun Böyük Elmi Şurasının üzvü, BDU-nun Ağsaqqallar Şurasının sədri, "Kitabxanaşünaslıq və informasiya" elmi-nəzəri və təcrübi jurnalının təsisçisi və baş redaktorudur. А. Xələfov 2000-ci il fevralın 15-də BMT yanında Beynəlxalq Informasiyalaşdırma Akademiyasının müxbir üzvü, 2001-ci il fevralın 20-də isə həmin akademiyanın həqiqi üzvü - akademiki seçilmişdir. Dün- yanın bir sıra dövlətlərinin başçılarının, görkəmli mütəxəssislərin, elm və mədə- niyyət xadimlərinin də həmin beynəlxalq miqyaslı qurumun üzvü olması Azərbaycan aliminin dünyada tanınmasını bir daha təsdiq edən mühüm faktlardan biridir. A.Xələfov eyni zamanda 2001-ci ildə Amerika Bioqrafiya İnstitutunun nəşr etdirdiyi "Görkəmli liderlərin beynəlxalq soraq kitabı"nın XI nəşrinin nominantı seçılmış, fəxri fərman və qızıl medalla təltif edılmışdir. 2004-cü ildə ABŞ-da "İlin adamı" seçilmişdir. Azərbaycan dövləti, respublika ictimaiyyəti və Bakı Dövlət Universitetinin kollektivi A. Xələfovun 70, 75 və 80 illik yubileylərini böyük təntənə ilə qeyd etmişdir. Əsərləri: Kitabxana fondunun təşkilinin bəzi məsələləri. B., 1958; Azərbaycanda kitabxana işinin tarixindən (1870-1920). B., 1960; Sovet Azərbaycanında kitabxana işinin tarixi (1920-1932). B., 1960; Azərbaycanda kitabxana işinin tarixi (1933­1958). B.,1974; Azərbaycanda kita­bxana işinin tarixindən (Qədim dövrdən XVI:: əsrin axırınadək). B., 1986; Kitab­xana işçisinin məlumat kitabı. B., 1986 (R.Kazımov və E.Bədəlovla birlikdə); Azərbaycanda kitabxanaçılıq təhsilinin inkişafı. B., 1987; Azərbaycanda ali kitabxanaçılıq təhsili. B., 1998; Kitabxanaşünaslığa giriş (Dərslik. H.1-2). B., 2001; Kitabxanaşünaslığa giriş (Dərslik. H.3). B., 2003; Heydər Əliyev: Biblioqrafik məlumat kitabı. B., 2003 (S.Sadıqova ilə birlikdə); Azərbaycanda kitabxana işinin tarixi (Dərslik. H.1). (Ən qədim dövrlərdən XX əsrə qə- dər). B., 2004; Heydər Əliyev və Azərbaycanda kitabxana işi. B., 2006; XXI əsrin əvvəllərində Azərbaycanda kitabxana işinin əsas inkişaf istiqamətləri (mülahizələr, təkliflər və proqnozlar). B., 2006; Kitabxanaların kompüterləşməsinin əsasları (Dərslik). B., 2006. (A.Qurbanovla birlik- də); Azərbaycanda kitabxana işinin tarixi (Dərslik. H.2);

Bookmark and Share
© Bakı Dövlət Universiteti