İslam Məmməd oğlu Ağayev

1952-1957-ci illərdə ADU-nun Filologiya fakültəsinin Kitabxanaçılıq şöbəsində təhsil almışdır. 1957-1960-cı illərdə Azərbaycan Milli Kitabxanasında baş biblioqraf işləmişdir. 1960-cı ilin iyun ayından Azərbaycan Elmlər Akademiyasının Nizami adına Dil və Ədəbiyyat İnstitutunda kiçik elmi işçi vəzifəsindən baş elmi işçi vəzifəsinə qədər yüksəlmişdir. 1964-cü ildə namizədlik, 1984-cü ildə doktorluq dissertasiyası müdafiə etmişdir. XIX əsrin sonları-XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatı və dövri mətbuatının tarixi, şəxsiyyətləri, ideya və nəzəri problemləri mövzusunda 15 kitabın, 150-dən artıq məqalənin müəllifidir.

Bookmark and Share
© Bakı Dövlət Universiteti