Professor Allahverdiyev Bayram Vəli oğlu
Kitabşünas, pedaqoq, tarix elmləri doktoru , professor (1992), Azərbaycan Respublikasının Qabaqcıl təhsil işçi- sidir (2011). 1962-ci ildə BDU-nun Ki- tabxanaçılıq-informasiya fakültəsini bitirmişdir. 1962-1964-cü illərdə Arçut kəndində klub müdiri işləmişdir. 1964-ci illərdə AMEA-nın Nizami adına Dil və Ədəbiyyat İnstitutunun aspiranti olmuşdur. 1968-ci ildə MEA-nın Nizami adına Dil və Ədəbiyyat İnstitutunda kiçik elmi işçi işləmişdir. 1968-1992-ci illərdə BDU-nun Biblioqrafiyaşünaslıq kafedrasının dosenti və professoru, 1992- 2012-ci illərdə BDU-nun Kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri olmuşdur.
1967-ci ildə "Orta əsr Azərbaycan kitabı (XI-XVIII əsrlər)" mövzusunda namizədlik dissertasiyası, 1991-ci ildə isə "Azərbaycan Respublikasının texniki kitab nəşri (1920-1985-ci illər)" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. B.Allahverdiyev Azərbaycanda ilk dəfə əlyazma kitablarının yaranması, tərtibati və yayılması xüsusiyyətlərini aşkara çıxarmışdır. Azərbaycan kitabının tipologiyası, Azərbaycan texniki kitabının nəşri, formalaşması və tipologiyasını tədqiq və inkişaf etdirmişdir. 2 fəlsəfə doktorunun elmi rəhbəri olmuşdur. 2008-ci ildən "Kitabşünaslıq və nəşriyyat işi" elmi-nəzəri və təcrübi jurnalının təsisçisi və baş redaktorudur. Bir çox respublika elmi konfranslarında iştirak etmişdir. 6 kitabın, 100-ə yaxın elmi məqalənin müəllifidir. Əsərləri: Kitablar haqqında kitab. B., 1972; Kitabşünaslıq. B., 1974; Müasir mərhələdə kitab ticarətinin təşkili. B., 1996 (R.Məmmədzadə ilə birlikdə): Ümumi kitab tarixi. B., 2003; Bakı Dövlət Universitetinin nəşriyyatçı- lıq fəaliyyəti (Monoqrafiya). B., 2010; Kitabşünaslığın əsasları (Monoqrafiya). , 2011.



