Dosent Knyaz Aslan
Kitabşünas, pedaqoq, jurnalist, şair, tərcüməçi, pe- daqogika üzrə fəlsəfə doktoru (2004), dosent (2006), BDU-nun Kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri , SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin (1989), Aşıqlar Birliyinin , Yazıçılar Birliyinin (1998), üzvü, "Azərbaycan Respublikasının Qabaqcıl təhsil işçisi" (2012), Həsən bəy Zərdabi, "Qızıl Qələm" və digər mükafatlar laureatidır. 1979-cu ildə Hamamlı kənd orta məktəbini qızıl medalla bitirmişdir. 1983-cü ildə Bakı Humanitar Kollecində (1981-1983), BDU-nun Kitabxanaçılıq- informasiya fakültəsində (1983-1988), BDU-nun Jurnalistika fakültəsində (1994-1998), Azərbaycan Jurnalist Sənətkarlığı İnstitutunda (1887-1989), BDU-nun Aspiranturasında (1991-1993) təhsil almışdır. BDU-nun Kitabxanaşünaslıq kafedrasında laborant (1988 - 1990), müəllim (1993-1994), baş müəllim (1994 - 2006) işləmişdir. K.Aslan 2004- cü ildə "Şəxsiyyətin formalaşmasında bədii ədəbiyyatin rolu (Azərbaycan ki- tabxanalarının materialları əsasında)" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək pedaqoji elmlər namizədi (pedaqogika üzrə fəlsəfə doktoru) alimlik dərəcəsi almışdır. 2006-2012-ci illərdə BDU-nun Kitabxanaşünaslıq kafedrasının dosenti olmuş, 2012-ci ilin yanvarında BDU-nun Kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri seçilmişdir, hazırda həmin vəzifədə çalışır. 2012-ci ildən fakültə Tədris-Metodik Şurasının sədridir. 1970-ci illərdən Gürcüstan və Azərbaycan kütləvi informasiya va- sitələrində çıxış edir. "Bakı Universiteti", "Azərbaycan gəncləri", "Mübarizə", "Mühakimə", "Azərbaycan ordusu", "Respublika", "Borçalı", "Elturan" ("Milli Məsələlər"), "Xəzər xəbər" və başqa qəzet və jurnallarda müxbir, redaktor və baş redaktor işləmişdir. 1992-1994-cü illərdə Azərbaycan Respublikası Müda- fiə Nazirliyi sistemində "Azərbaycan ordusu" qəzetinin şöbə redaktoru və "Hərbi nəşriyyat"ın redaktoru kimi ön cəbhələrdə işğalçı Ermənistanla aparılan döyüşlərin iştirakçısı olmuşdur. Qarabağ müharibəsi veteranıdır (1998). Hazırda "Kitabxanaşünaslıq və informasiya" elmi-nəzəri və praktiki jurnalının baş redaktor müavini, "Kitabxanaşünaslıq və biblioqrafiya" elmi-nəzəri və təcrübi jurnalının məsul redaktoru, "Kitabxana.az" müstəqil elmi, metodik və təcrübi jurnalının, redaktoru, "Göyqurşağı" rəngli uşaq jur- nalının, "Borçalı" qəzetinin və jurnalının və digər mətbu orqanların redaktorudur. Çoxsaylı elmi-nəzəri, elmi-kütl əvi, ədəbi- publisistik məqalələrin, 5 monoqrafiya- nın, 30-dan artıq kitabın müəllifidir. Bir çox elmi, publisistik və ədəbi-bədli kita- bın, o cümlədən monoqrafiya, dərslik və dərs vəsaitlərinin ön sözünün müəllifi, rəyçisi, redaktoru və elmi redaktorudur. Şeirlərinin bir hissəsi rus, ingilis və alman dillərinə tərcümə olunmuşdur. Nizami Gəncəvi (1982, 1983), Həsən bəy Zərdabi (1994), Şəhriyar (1995), "Qızıl saz" (2002), "Qızıl kitab" (2004), "Peşəkar jurnalist" (2005), Abdulla Şaiq (2007), "Qızıl qələm" (2008), "İlin alimi" (2011), Qabaqcıl təhsil işçisi ,"Reytinqli jurnalist" (2012) və başqa mükafatlarla təltif edilmişdir. Bir sıra beynəlxalq və respublika elmi konfrans, seminar və simpoziumlarda (Azərbaycan (1995-2013), Rusiya (2001), (ABŞ (2011), Gürcüstan (2011), Ukrayna və s.) iştirak etmişdir. Əsərləri: Şəxsiyyətin formalaşmasında bədii ədə- biyyatin rolu (Monoqrafiya). B., 2005; Azərbaycanda təhsil sisteminə k^b- хапа xidməti (Dərs vəsaiti). B., 2007; Dünyа kitаbхаnаlаrı tarixi (XVII əsrin ortalarından XXI əsrin əvvəllərinədək) (Dərs vəsаiti). B., 2010; Qədim və о^а əsrlər dünyа kitаbхаnаlаrı (Ən qədim za- manlardan XVII əsrin ortalarınadək) (Dərs vəsаiti). B., 2011; B., 2011; Kitabşünaslığın və nəşriyyat işinin aktual problemləri (Monoqrafiya). B., 2013; Kitabşünaslıq və nəşriyyat işi kafedrasının tarixi və inkişaf perspektivləri // Kitаbxanaşünаslıq və informasiya, 2012, №3 (9) və s.



