BDU Həmkarlar İttifaqı Komitəsinin XV hesabat-seçki konfransı keçirilib

04/05/2017

Bakı Dövlət Universiteti Həmkarlar İttifaqı Komitəsinin XV hesabat-seçki konfransı keçirilib. Konfransda universitetin 27 qurumundan seçilmiş 100-dək nümayəndə, dekanlar, kafedra müdirləri, fakültə həmkarlar təşkilatlarının sədrləri, tanınmış ziyalılar, o cümlədən ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadəiştirak ediblər. İclasa sədrlik edən BDU rektorunun ümumi məsələlər üzrə müşaviri, professor İsmayıl Əliyev hesabat-seçki konfransı və gündəlik haqqında məlumat verib.

Sonra Bakı Dövlət Universiteti Həmkarlar İttifaqı Komitəsininsədri, dosent FikrətŞiriyev 2012-2017-ci ilin may ayınadək görülən işlərin hesabatı ilə çıxış edib. O, ötən beş il ərzində Həmkarlar İttifaqı Komitəsinin universitet həyatında gördüyü işlər və əlamətdar hadisələrdən danışıb.

İclasda Təftiş və Mandat komissiyalarının hesabatı dinlənilib, HİK nümayəndələri, professorlar – Şövqi Göyçaylı və Əsməd Muxtarova qurumun fəaliyyətini yüksək qiymətləndiriblər.

Hesabatlarla bağlı çıxışlardan sonra dosent Fikrət Şiriyev açıq səsvermə ilə yenidən sədr seçilib. Həmkarlar İttifaqı Komitəsinin və Təftiş Komissiyasının yeni heyətlərinin seçkisindən sonra ATİAHİ-nin XVII hesabat-seçki konfransına nümayəndələrin  seçkisi baş tutub.

BDU-nun Həmkarlar İttifaqının XV konfransı münasibətilə BDU-nun uzun illər səmərəli fəaliyyətinə, Azərbaycan elminin, təhsilinin inkişafındakı roluna, Həmkarlar İttifaqının işindəki xidmətlərinə və Bakı Dövlət Universitetinin nüfuzunun yüksəlmdilməsinə verdiyi töhvələrə görə universitetin bir sıra əməkdaşı fəxri fərmanla təltif edilmişdir. Kitabxanaçılıq-informasiya fakültəsindən  Azərbaycan Kitabxanaçılar Cəmiyyətinin prezidenti, Əməkdar elm xadimi Bakı Dövlət Universitetinin fəxri professoru, Prezident təqaüdçüsü, BMT yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının akademiki, tarix elmləri doktoru Abuzər Xələfov və Kitabxanaşünaslıq kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Nigar İsmayılova fəxri fərmanla təltif edilmişdir.

Bookmark and Share
© Bakı Dövlət Universiteti