Xəbərlər

Rektor son imtahan prosesini izlədi
01/02/2011

Rektor, akademik Abel Məhərrəmov qış imtahan sessiyası boyunca bütün auditoriyalarda imtahan prosesini izləyib. Köçürmə hallarının olub-olmaması, sualların mühazirə ilə uyğunluq təşkil edib-etməməsi ilə maraqlanan rektor, koordinator-müəllim nəzarətinə də diqqət yetirib. Yanvarın 28 və 29-da Hüquq, Kimya, Jurnalistika, Sosial elmlər və psixologiya, Kitabxanaçılıq fakültələrində olan rektor tələbələrlə söhbət edib, suallarla tanış olub, problemləri ilə maraqlanıb. Tələbələr imtahanların obyektiv təşkilinə və yaradılmış şəraitə görə rektora təşəkkür ediblər.

Akademik Abel Məhərrəmov tələbələrə uğurlar arzulayıb, qış sessiyasından razı qaldığını bildirib.

| Ətraflı


Elm və elmi-texniki jurnalların sərgisi
10/11/2010

JPGMərkəzi Elmi Kitabxana beynəlxalq əlaqələrin genişləndirilməsi, dərinləşdirilməsi və inkişafı istiqamətində keçirilən tədbirlərin davamı olaraq noyabr ayının 10-da Rusiyanın “Информнаука” MMC ilə birgə elmi və elmi-texniki jurnalların sərgisini keçirdi.

Sərginin açılışında  Azərbaycanda  kitabxanaşünaslıq elminin banisi, tаrix еlmləri dоktоru, prоfеssоr, “Şöhrət” оrdеnli, Prеzidеnt təqаüdçüsü, Аzərbаycаn Rеspublikаsının Əməkdаr еlm xаdimi, Əməkdаr mədəniyyət işçisi, BMT yаnındа Bеynəlxаlq İnfоrmаsiyаlаşdırmа Аkаdеmiyаsının аkаdеmiki, Аzərbаycаn Kitаbxаnаçılаr Cəmiyyətinin prеzidеnti, Bаkı Univеrsitеti Nəşriyyаt Şurаsının sədri,  “Kitаbxаnаşünаslıq və infоrmаsiyа” еlmi-nəzəri və praktik jurnаlının təsisçisi və baş redaktoru Abuzər Xələfov da geniş nitqlə çıxış etdi, sərginin əhəmiyyətindən danışdı, informasiya cəmiyyətində müasir informasiyanın kitabxanalarda  necə toplanması məsələlərinə toxundu.

Sərgi zamanı MDB dövlətlərinə elmi və elmi-texniki ədəbiyyat ixrac edən “Информнаука” MMC firması tərəfindən Mərkəzi Elmi Kitabxanaya 200-dən çox adda elmi jurnal təqdim olundu. Onlardan: “Известия Российской Академии наук», «Доклады Российской Академии наук», «Алгебра и анализ», «Нефтехимия», Автоматизация и современные технологии», «Атомная энергетика», «Авиационные и ракетные двигатели», «Космические исследования», «Биоорганическая химия», «Ядерная физика», «Экология», «Электротехника», «Геология, геофизика и разработка нефтяных и газовых месторождений», «Нефть России», «Офтальмохирургия» və s. jurnallar öz elmi tutumu, zəngin tətbiqi materiallara malik olması ilə diqqəti daha çox cəlb etdi.

Sərgidə nümayiş etdirilən jurnallar Mərkəzi Elmi Kitabxananın dövri mətbuat zalında oxucuların ixtiyarına veriləcək. Rusiyada nəşr olunan bu jurnallar alim və mütəxəssislərin, tədqiqatçıların qiymətli elmi informasiya ilə təmin edilməsində əhəmiyyətli rol oynayacaq.

 

| Ətraflı


“ Azərbaycan ali məktəb kitabxabxanalarının informasiyalaşdırılmasının müasir vəziyyəti” mövzusunda RESPUBLİKA KONFRANSI
27/04/2010

Bakı Dövlət Universiteti Kitabxanaşünaslıq kafedrasının nəzdində fəaliyyət göstərən “Kitabxanaların jpgkompüterləşdirilməsi” Elmi Tədqiqat Laboratoriyası BDU-nun ELMİ KİTABXANASI“ ilə birlikdə Azərbaycan ali məktəb kitabxabxanalarının informasiyalaşdırılmasının müasir vəziyyəti” mövzusunda Respublika konfransı təşkil edir. Konfrans bütünlükdə ali məktəb kitabxanalarına, onların müasir fəaliyyətinə, kitabxanaların kompüterləşdirilməsi, proqram təminatı məsələlərinə həsr olunmuşdur.

Konfrans 1 may  saat 10-da BDU-nun elmi kitabxanasının iclas zalında keçiriləcəkdir

| Ətraflı


Kitabxanaçılıq-informasiya fakültəsi ilin fakültəsi seçildi
19/03/2010

jpg

Martın 18-də BDU Elmi Şurasının növbəti iclası keçirildi. 2009-cu ildə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin yekunlarına həsr olunmuş iclasda Kitabxanaçılıq-informasiya fakültəsi ilin fakültəsi elan olundu.Bu münasibətlə fakültənin bütün müəllim, işçi, tələbə heyətini ürəkdən təbrik edir, yeni-yeni elmi nailiyyətlər, elmi uğurlar arzulayırıq.

| Ətraflı


Boloniya prosesi - zamanın tələbi
16/03/2010

Kitabxanaçılıq-informasiya fakültəsində kredit sistemi ilə təhsil alan kurslarda əlavə qış məktəbi təşkil pngolunmuşdur. Bu payız semestrində kəsri qalan tələbələrin qrup şəklində yenidən təkrar kurs keçməsi üçün nəzərdə tutulmuşdur.Tələbə Payız semestrində qazana bilmədiyi kreditləri təşkil olunmuş qruplarda təkrar kurs keçərək növbəti dəfə imtahan verməklə qazana bilər. Hər bir qrup minimum 5 tələbədən ibarət olmaqla təşkil olunur. Qruplar pulludur.

Əlavə qış məktəbinin təşkili kredit sistemi tətbiq edilən ali təhsil müəssisələrində həm tələbələrin həm də bu sahədə çalışan təhsil işçilərinin işini xeyli yüngülləşdirir.

| Ətraflı


Boloniya Bəyannaməsinin şərtlərindən biri də virtual universitetin yaradılmasıdır
15/03/2010

Elektron Təhsil Mərkəzi Azərbaycanın ali məktəblərinin virtual versiyalarının yaradılması

jpgüzrə işlərə başlayır.

Bakı Dövlət Universitetindən “APA-ECONOMICS”ə verilən məlumata görə, BDU-nun http://eu.bsu.az internet ünvanında yerləşən “virtual universitet”in yaradılması üzrə işlər artıq başa çatıb.

 

| Ətraflı


Kitabxana-informasiya texnologiyaları
08/03/2010

Kitabxanaçılıq-informasiya fakültəsinin dekanı, professor Xəlil İsmayılovun müəllifi olduğu "Kitabxana-jpginformasiya texnologiyaları" adlı dərs vəsaiti çapdan çıxıb. Azərbaycan dilində ilk dəfə nəşr olunan bu dərs vəsaiti kitabxanaçılıq-informasiya fakültəsinin tələbələri, müəllimləri və bu sahənin mütəxəssisləri üçün nəzərdə tutulmuşdur. Dərs vəsaitini PDF formatında, tam şəkildə saytımızın Elektron kitablar bölməsindən əldə edə bilərsiniz.

| Ətraflı


Kitabxanaşünaslıq və biblioqrafiya jurnalı
25/01/2010

Kitabxanaşünaslıq və biblioqrafiya jurnalının növbəti sayı çapdan çıxdı!

1997-ci ildən işıq üzü görən Kitabxanaşünaslıq və biblioqrafiya jurnalının 2009-cu il üçün nəzərdə tutulmuş 2-ci nömrəsi çapdan çıxdı. X.İ.İsmayılovun redaktorluğu ilə çap olunan jurnalın bu dəfəki sayı BDU-nun 90 illik yubileyinə həsr olunmuşdur.

Jurnalın son illərdə dərc olunan sayları PDF formatında, saytımızda müntəzəm olaraq yerləşdirilir!

| Ətraflı


Tempus məlumat günü
18/12/2009

jpg

Avropa Birliyinin Tempus proqramının Bakı ofisi və Bakı Dövlət Universitetinin təşkilatçılığı ilə Tempus məlumat günü keçirilib.

| Ətraflı


Bakı Dövlət Universitetinin 90 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər davam edir
27/05/2009

23. 05. 2009 tarixində Kitabxanaçılq-İnformasiya fakültəsinin xüsusi auditoriyasında Aspirant və magistrantların elmi konfransı təşkil edilmişdir.

 

| Ətraflı


TƏBRİK EDİRİK!
28/04/2009

Elmi tədqiqat işlərinin  yerinə yetirilməsinə  görə humanitar  fakültələr sirasinda
Kitabxanaçiliq-informasiya  fakültəsinin  Kitabxanaşünasliq  kafedrasi  I  yerə  çixmişdir


| Ətraflı


BİRLİK KUBOKUNUN QALİBLƏRİ
28/04/2009

25 aprel 2009 - cu il tarixində YAP Gənclər Birliyi ilə BDU THİK - in birgə
təşkilatçılığı ilə ulu öndərimiz Heydər Əliyevin doğum gününün  86 - cı il
dönümü münasibətilə “Bilik Kubok”u adlı intelektual yarışma keçirilmişdir.

Fakültə Tələbə Həmkarlar İttifaqı Komitəsi

| Ətraflı


Kitabxanaşünaslıq və biblioqrafiya” jurnalının son nömrəsi işıq üzü gördü.
17/04/2009

“Kitabxanaşünaslıq və biblioqrafiya” elmi-nəzəri, metodik və təcrübi jurnalın yeni sayı artıq ixtiyarınızd

 

| Ətraflı


Kitabxanaçılıq-İnformasiya fakültəsinədə növbəti müdafiə
17/04/2009

30 may 2009-cu il tarixdə saat 11:00-da Ağayeva Xuraman Telman qızının dissertasiya işinin  açıq müdafiəsi olacaq

| Ətraflı


QISA MÜDDƏTDƏ BÜTÜN YENİLİKLƏRLƏ QARŞINIZDA
26/01/2009

Kitabxanaçılıq-informasiya fakültəsinin web səhifəsi yenilənmiş şəkildə istifadəçilərə təqdim olunacaq

| Ətraflı


Kitabxanaçılıq-informasiya fakültəsinin Həmkarlar Təşkilatı bürosunun hesabat seçki yığıncağı keçirilmişdir
07/12/1999
| Ətraflı



07/12/1999
| Ətraflı


Kitabxanaçılıq-informasiya fakültəsinin Həmkarlar Təşkilati bürosunun hesabat seçki yığıncağı keçirilmişdir
07/12/1999

Kitabxanaçılıq-informasiya fakültəsinin Həmkarlar Təşkilati bürosunun hesabat seçki yığıncağı keçirilmişdir

| Ətraflı



01/01/1970
| Ətraflı


XOCALI SOYQIRIMI.
01/01/1970

XOCALI SOYQIRIMI.

| Ətraflı


1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |
© Bakı Dövlət Universiteti