Xəbərlər

Bakı dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakultəsində tələbə elmi konfransı keçirildi
04/05/2012

| Ətraflı


31 mart soyqrmı ilə əlaqədar sərgi keçirilmişdir
30/03/2012

| Ətraflı


Kitabxanaçılıq-informasiya fakültəsinin Elmi Şurasının iclası кeçirilmişdir
28/03/2012
| Ətraflı


Kitabxanaçılıq-informasiya fakültəsində tomson reyters agentliyi tərəfindən seminar keçrilmişdir
28/03/2012
| Ətraflı


Fakultədə Novruz şənliyi.
19/03/2012

| Ətraflı


TƏBRİK EDİRİK!
07/03/2012

| Ətraflı


Biblioqrafiyaşünaslıq kaferdrasında elmi seminar keçirilmişdir.
07/03/2012

| Ətraflı


Bakı Dövlət universitetinin rektoru akademik Abel Məhərrəmov gənc nəsilin yetişdirilməsindəki xidmətlərinə görə və 8 mart beynəlxalq qadınlar bayramı münasibəti ilə bir qrup qadın əməkdaşlarını təşəkkür elan etmiş və fəxri fərmanla təltif etmişdir.
06/03/2012
| Ətraflı


Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsində Həmkarlar Bürosunun növbəti hesabat seçki iclası keçirildi
02/03/2012
| Ətraflı


Qiyabi Magstrantların dissertasiya işinin müdafiəsi keçrildi
28/02/2012

| Ətraflı


BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsində Xocalı soyqırımı qur­ban­la­rının xatirəsi anılıb
24/02/2012

| Ətraflı


XOCALI SOYQIRIMI
20/02/2012

XOCALI SOYQIRIMI

| Ətraflı


Bu gün Bakı Dövlət Universitetində Rusiya Dövlət Kitabxanasının Virtual Oxu Zalı açılıb
15/02/2012



Bu gün Bakı Dövlət Universitetində Rusiya Dövlət Kitabxanasının Virtual Oxu Zalı açılıb. MDB-yə üzv dövlətlərin Humanitar Əməkdaşlıq üzrə Beynəlxalq Fondunun dəstəyi ilə “Dostluğun günbəzləri: kitabxanalar” meqa layihəsi çərçivəsində həyatakeçirilən “MDB dövlətlərinin aparıcı ali təhsil məktəblərinin kitabxanalarında və milli kitabxanalarda Rusiya dövlət kitabxanasının dissertasiyaların Elektron kitabxanalarının Virtual Oxu Zalları” layihəsi çərçivəsində açılan Virtual Oxu Zalı BDU-ya Rusiya Dövlət Kitabxanasının dissertasiyalarının Elektron kitabxanasından bir təqvim ili müddətində istifadə etmək imkanı verəcək.

Rusiya Dövlət Kitabxanasının Baş Direktoru A.Vislov, öz növbəsində, Rusiyada da bu problemin çox aktual olduğunu diqqətə çatdırıb və problemin həlli ilə əlaqədar öz təcrübələrini bölüşüb.

Qeyd edək ki, Virtual Oxu Zalı Rusiya Dövlət Kitabxanasının ölkəmizdə açdığı ikinci zaldır.

Mətbuat və İnformasiya şöbəsi, 15 fevral 2012-ci il.

 

| Ətraflı


Abuzər Xələfovun 80 illik yubileyi keçirilib
23/12/2011

Bu gün Bakı Dövlət Unversitetində Əməkdar elm xadimi, Əməkdar mədəniyyət işçisi, universitetin kafedra müdiri, prezident təqaüdçüsü, “Şöhrət” ordenli, tarix elmləri doktoru, professor Abuzər Xələfovun anadan olmasinin 80, elmi-pedaqoji fəaliyyətinin 60 illiyi münasibətilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan rektor, akademik Abel Məhərrəmov bildirib ki, Abuzər Xələfov Azərbaycanda milli kitabxanaşünaslIq elmi məktəbinin yaradıcısı, ali kitabxanaçılıq-informasiya təhsilinin təşkilatçısı, görkəmli elm, təhsil və mədəniyyət xadimidir. Rektor deyib ki, Abuzər müəllim uzun illər boyu elmin və təhsilin tərəqqisinə çalışıb, onun milli koloritlərini zənginləşdirərək beynəlxalq nüfuzunu yüksəldib, xalqımızın adını daim uca tutub. Elə bu səbəbdəndir ki, professor səmərəli elmi-pedaqoji və ictimai-mədəni fəaliyyətilə həm Azərbaycanda, həm də xarici ölkələrdə geniş şöhrət qazanıb. Akademik bildirib ki, 50 ildən artıqdır ki, kitabxana işinin tarixi və nəzəriyyəsi problemlərilə məşğul olan, kitabxanaçIılıq təhsilinin nəzəri və metodoloji məsələlərini hazirlayıb tətbiq edən, ali kitabxanaçılıq təhsilinin müasir konsepsiyasının əsasını formalaşdıran, bununla da bu elmin inkişafinda və böyük bir kitabxanaçılar nəslinin yetişməsində müstəsna xidmətləri olan A.Xələfovun vətən və cəmiyyət, elm, mədəniyyət və təhsilin inkişafindakı xidmətləri ümummilli liderimiz Heydər Əliyev və onun layiqli davamçısı prezident İlham Əliyev tərəfindən öz dəyərli qiymətini alıbdır.

Professor Abuzər Xələfovun həyatı, elmi-pedaqoji və ictimai fəaliyyəti haqqında dosent Knyaz Aslan məruzə edib, sonra çıxışlar və təbriklər olub.

Təhsil naziri Misir Mərdanov yubilyarı təbrik edərək onunla bağlı xatirələri ilə bölüşüb. Qeyd edib ki, hələ cavan yaşından professor Abuzər Xələfov böyük hörmətə sahib, sözü keçərli bir insan olub. Qarşısına çıxan çətinliklərə baxmayaraq, Abuzər Xələfovun Kitabxanaçılıq-İnformasiya fakültəsini yaratdığını qeyd edən nazir Təhsil Nazirliyində keçirilən müvafiq görüşlərdə onun şura rəhbəri kimi dəyərli məsləhətlər verməsindən danışıb. Yubilyarın ən böyük xüsusiyyətlərindən danışan nazir onun ailə imkanlarını elmə, təhsilə sərf etməsinin şahidi olduğunu qeyd edib.

Tədbirdə ADPU-nun rektoru, professor Yusif Məmmədov, akademik Vasim Məmmədəliyev, professor Vasif Babazadə, dosent Çingiz Həsənov, BDU Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Fikrət Şiriyev, Kitabxanaçılıq-İnformasiya fakültəsinin dekanı, professor Xəlil İsmayılovun və başqa qonaqlar professor Abuzər Xələfovun yaradıcılıq yolundan danışıb onu yubileyi münasibəti ilə təbrik ediblər.

| Ətraflı


Kitabxanaşünaslıq kafedrası ilin kafedrası elan olundu
06/04/2011

jpgBakı Dövlət Universiteti Elmi Şurasının növbəti iclası keçirilib. AMEA-nın Rəyasət Heyəti və BDU-nun Elmi Şurasının üzvlərinin, tanınmış alimlər və KİV nümayəndələrinin iştirak etdiyi iclası giriş sözü ilə universitetin rektoru, akademik Abel Məhərrəmov açıb. Azərbaycan elminin, təhsilinin dinamik inkişafının, elmi kadrların hazırlanmasının, elmi potensialının gücləndirilməsinin, elmi-texniki nailiyyətlərin əldə olunmasının əhəmiyyətindən danışan rektor, elmin inkişafını xalqın gələcəyini təyin edən əsas amillərdən biri hesab edən dövlət başçısı İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğıdan bəhs edib. Bu uğurlu siyasətin BDU-ya da dəyərli töhfə verdiyini, Azərbaycanın beynəlxalq aləmdə aparıcı dövlətlər sırasına qoşulmasına zəmin yaratdığını söyləyib.

İclasda 2010-cu ildə yerinə yetirilmiş elmi-tədqiqat işləri haqqında Elmi işlər üzrə prorektor, professor İsmayıl Əliyevin hesabatı dinlənilib.

BDU-da humanitar elmlər üzrə kafedralar arasında Kitabxanaşünaslıq kafedrası birinci yeri tutmuş və kafedra bu münasibətlə kompüter dəsti ilə mükafatlandırılmışdır.

Kafedranın müəllimi dosent Knyaz İlyas oğlu Aslan isə "İLİN ALİMİ"  fəxri adına layiq görülmüşdür.

Fakültə kollektivi kafedranın və hörmətli dossentimizin uğuruna sevinir və bu münasibə Kitabxanaşünaslıq kafedrasının müdiri professor A.A.Xələfovu və dossent K.Aslanı ürəkdən təbrik edir, yeni yeni yaradıcılıq uğurları arzulayır.

| Ətraflı


BDU-da Elmi şuranın növbəti iclası keçirilib
05/04/2011

Bu gün Bakı Dövlət Universiteti Elmi Şurasının növbəti iclası keçirilib. AMEA-nın Rəyasət Heyəti və BDU-nun Elmi Şurasının üzvlərinin, tanınmış alimlər və KİV nümayəndələrinin iştirak etdiyi iclası giriş sözü ilə universitetin rektoru, akademik Abel Məhərrəmov açıb. Azərbaycan elminin, təhsilinin dinamik inkişafının, elmi kadrların hazırlanmasının, elmi potensialının gücləndirilməsinin, elmi-texniki nailiyyətlərin əldə olunmasının əhəmiyyətindən danışan rektor, elmin inkişafını xalqın gələcəyini təyin edən əsas amillərdən biri hesab edən dövlət başçısı İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğıdan bəhs edib. Bu uğurlu siyasətin BDU-ya da dəyərli töhfə verdiyini, Azərbaycanın beynəlxalq aləmdə aparıcı dövlətlər sırasına qoşulmasına zəmin yaratdığını söyləyib.

İclasda 2010-cu ildə yerinə yetirilmiş elmi-tədqiqat işləri haqqında Elmi işlər üzrə prorektor, professor İsmayıl Əliyevin hesabatı dinlənilib. BDU-da elmin müxtəlif istiqamətlərinə aid fundamental və tətbiqi tədqiqatların aparılmasını iclas iştirakçılarının diqqətinə çatdıran professor İ.Əliyevin sözlərindən məlum olub ki, ümumiyyətlə 2010-cu ildə BDU-da təbiət və humanitar elm sahələrini əhatə edən bir sıra aktual mövzuların həllinə yönəlmiş 81 istiqamətdə 221 mövzu üzrə 1151 elmi iş yerinə yetirilib. BDU əməkdaşları tərəfindən BDU-nun sahibliyi ilə 9 patent alınıb.

2010-cu ildə universitet alimlərinin xaricdə nəşr olunmuş kitabları haqqında da məlumat verən prorektor kitabların filologiya, beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültələrinin əməkdaşları tərəfindən yazıldığını, Almaniyanın “Springer”, Rusiyanın “Nauka” və Türkiyə müxtəlif nəşriyyatlarında nəşr olunduğunu diqqətə çatdırıb.

Çıxışdan o da məlum olub ki, hesabat ilində Universitetin 4 daimi Dissertasiya Şuralarında 8 nəfər doktorluq və 60 nəfər ixtisas üzrə fəlsəfə doktorluq dissertasiyası (onlardan 32 nəfəri BDU-nun əməkdaşı, doktorant və dissertantıdır), Birdəfəlik Dissertasiya şuralarında isə 6 doktorluq (4-ü BDU-nun əməkdaşı) və 24 ixtisas üzrə fəlsəfə doktorluq (12-si BDU-nun əməkdaşları, doktorant və dissertantları) dissertasiyaları müdafiə edilib. Onlardan 3 nəfəri xarici vətəndaşıdır.

Professor Elmi kitabxana, «Bakı Universiteti» nəşriyyatı, universitetin nəzdində  fəaliyyət göstərən «Gənc istedadlar» liseyi, İnformasiya Texnologiyaları Mərkəzinin fəaliyyəti haqqında da məlumat verib, dörd seriyada nəşr olunan «Bakı Universitetinin Xəbərləri» jurnalının fəaliyyətindən danışıb.

İ.Əliyev professor-müəllim heyətinin, əməkdaşların, aspirant, magistrant və tələbələrin elm və təhsildə, universitetin ictimai həyatında əldə etdikləri nailiyyətləri daha da inkişaf etdirmək məqsədilə BDU-nun rektoru akademik Abel Məhərrəmovun əmri ilə ilə universitetdaxili “50+50” qrant proqramından, universitet əməkdaşları tərəfindən 35 beynəlxalq və respublikadaxili elmi layihələrin həyata keçirilməsindən danışıb. Məlum olub ki, bu layihələr Avropa Birliyinin 7-ci Çərçivə (FP-7) və TEMPUS Proqramları, Amerikanın Mülki Tədqiqatlar və İnkişaf Fondu, Səudiyyə Ərəbistanın Kral Əbdüləziz adına Elm və Texnologiya Mərkəzi, Ukrayna Elm və Texnologiya Mərkəzi, Fransanın Milli Elmi araşdırmalar mərkəzi, NATO-nun «Elm sülhün keşiyində» proqramı, İsveçrə Milli Elm fondu, Almaniyanın Folsfagen şirkəti, Soros fondu Açıq Cəmiyyət İnstitutu, Dünya Bankı, AR Prezidenti Yanında Elmin İnkişafı Fondu, AR Təhsil Nazirliyi və AR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən maliyyələşdirilir.

İclası yekunlaşdıran rektor, akademik Abel Məhərrəmov, Şura üzvləri və qonaqlar hesabatdan məmnun qalıblar.

Mətbuatİnformasiya şöbəsi, 05 aprel 2011-ci il.

(Material AzərTac, APA, Azadinform, SİA, modern.az,  SalamNews, AZE.az informasiya agentliklərində, xəbər portallarında və"Azərbaycan", "Yeni Azərbaycan", "İki sahil",  "Respublika", “525-ci qəzet”lərində də yayımlanıb – 05-06aprel 2011-ci il)

| Ətraflı


Fakültələrarası futbol çempionatı
28/03/2011

Bu gün  Tələbə Həmkarlar İttifaqı Komitəsi, Bədən tərbiyəsi və İdman kafedrası ilə  birgə Ulu öndər, Ümummilli lider Heydər Əliyevin andan olmasının 88-ci il dönümünə həsr olunmuş fakültələrarası futbol çempionatının püşkatma mərhələsini keçirib.

Mərasimdə iştirak edən Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Daşqın Qənbərov  tədbiri giriş sözü ilə açaraq onun əhəmiyyətindən danışıb. D.Qənbərov qeyd edib ki, bu yarışma tələbələrin asudə vaxtının səmərəli təşkili və onların sağlam həyat tərzi keçirmələri, eyni zamanda Ulu öndər Heydər Əliyev ruhunda tərbiyyə edilmələri baxımından çox mühüm əhəmiyyət kəsb edir. Daha sonra Bədən tərbiyəsi və idman kafedrasının müdiri dos. Akif Atakişiyev yarışın universitetdə futbolun inkişafına çox böyük töhfə verdiyini bildirib. Fakültə Tələbə Həmkarlar Təşkilatı sədrlərinin və futbol komandalarının kapitanlarının iştirakı ilə keçən püskatma çox böyük həyacan və maraqla qarşılanıb. Onu da qeyd edək ki, çempionatın ilk oyunu 2 aprel tarixində keçiriləcək.

Mətbuatİnformasiya şöbəsi, 29 mart 2011-ci il.

| Ətraflı


B İ L D İ R İ Ş
14/02/2011

Kitabxana resursları və informasiya axtarış sistemləri kafedrasının 15 fevral  2011-cu il tarixində saat 1200-də növbəti iclası  keçiriləcəkdir.jpg

İ C L A S I N G Ü N D Ə L İ Y İ

1.Qış imtahan sesiyasının nəticələri və tədris ilinin ikinci yarısında qarşıda duran vəzifələr

2.Dərs ilinin ll yarısı üçün təqvim planının müzakirəsi və təsdiqi

3.Qiyabi V kurs tələbələrinin istehsalat təcrübəsinin yekun iclasının müzakirəsi

4.Kafedranın dissertantı Rəşad Əhmədxan oğlu Qardaşovun  ikinci  ilinin atestasiyası

5.”Azərbaycan” qəzetinin 30 noyabr 2010-cu il tarixli 262-ci sayında dərc edilmiş elana əsasən Kitabxana resursları və informasiya axtarış sistemləri kafedrasında boş olan dosent yerinə b\m. S.A.Xələfovanın, 0,5 ştat müəllim vəzifəsini tutmaq üçün Z.T.Rzayevanın təqdim etdikləri ərizənin müzakirəsi

| Ətraflı


Kitabxanaşünasliq və biblioqrafiya - elmi nəzəri təcrübi jurnal
02/02/2011

 

jpg

 

 

 

Kitabxanaşünasliq və biblioqrafiya - elmi nəzəri təcrübi jurnalın növbəti 27-ci sayı çapdan çıxdı. Jurnal 1997-ci ildən etibarən müntəzəm dərc olunur. Jurnalın təsisçi və baş redaktoru tarix elmləri doktoru, professor X.İ.İsmayılovdur.

| Ətraflı


“Kitabxanaşünaslıq və informasiya” elmi-nəzəri və praktik jurnal
01/02/2011

jpg

 

 

“Kitabxanaşünaslıq və informasiya” elmi-nəzəri və  praktik jurnalın növbəti 4-cü sayı çapdan çıxdı. Jurnal 1 yanvar 2010-cu il tarixindən dərc olunur. Jurnalın təsisçi və baş redaktoru tarix elmləri doktoru, professor A.A.Xələfovdur.

| Ətraflı


1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |
© Bakı Dövlət Universiteti