Tələbələr Xocalı faciəsini andı

25/02/2015

Ölkə.Azxəbər verir ki, fevralın 24-ü Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə universitetin Kitabxanaçılıq-informasiya fakültəsində Xocalı faciəsinə həsr olunmuş tədbir keçirilib.Tədbirdə Kitabxanaçılıq-informasiya fakültəsinin dekanı  Azad Qurbanov, Nəşriyyat işi kafedrasının dosenti Rasim Süleymanov, Kitabxanaşünaslıq kаfеdrаsının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Knyaz  Aslan, Sosial məsələlər, tələbələrlə iş və ictimaiyətlə əlaqələr üzrə dekan müavini, Kitabşünaslıq və Nəşriyyat işi kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Ələmdar Cabbarlı, Filologiya elmləri namizədi Ülkər Nəbiyeva, fakültə üzrə Tələbə Həmkarlar Təşkilatının (THT) sədri İsmət Məstanlı və tələbələr iştirak edib.İlk olaraq hər kəsi salamlayan THT sədri qonaqlara THİK sədri Daşqın Qənbərovun salamlarını çatdırıb və Xocalı faciəsinin yad edilməsini hər bir tələbə üçün mənəvi borc olduğunu bildirib.Rasim Süleymanov faciə barədə məlumat verərək ermənilərin tarix boyu törətdikləri qırğınlardan bəhs edib. Knyaz Aslan ovaxtkı hadisələri bir daha xatırlayıb və tələbələrə “Qeyrət”, “Qalxa ayağa, Azərbaycan” şeirlərini səsləndirib. Kitabxanaçılıq-informasiya fakültəsinin dekanı  və Filologiya elmləri namizədi Ülkər Nəbiyeva da sözügedən hadisə barədə fikirlərini paylaşıb.

Tədbirin aparıcısı Nuranə Abıyeva sözü tələbələrə verib.

Kitabxanaçılıq-informasiya fakültəsinin müxtəlif kurs tələbələri Xocalı faciəsinə həsr olunmuş şeirlər ifa edib.

Bookmark and Share
© Bakı Dövlət Universiteti