Tempus məlumat günü
18/12/200918 dekabr saat 10:00-da BDU-nun yeni tədris binasının dəyirmi akt zalında
Avropa Birliyinin Tempus proqramının Bakı ofisi və Bakı Dövlət Universitetinin təşkilatçılığı ilə Tempus məlumat günü keçirildi. Görüşdə Ev sahibi kimi BDU-nun rektoru akademik Abel Məhərrəmov, Avropa Komissiyası ofisinin nümayəndəsi, TEMPUS Proqramı üzrə Məsul Şəxs, Cənab Franz Steidele, təhsil nazirliyinin nümayəndəsi Elmar Qasımov, Azərbaycanda Milli TEMPUS Ofisinin Rəhbəri Pərviz Bağırov, Azərbaycan Ali təhsil müəssisələrinin rektorları və s. qonaqlar iştirak etdilər. Görüş iştirakçılarına TEMPUS proqramının məqsədi, 2009-cu ildə TEMPUS IV xüsusiyyətləri və 2-ci Təkliflərin nəticələri, TEMPUS IV çərçivəsində Təkliflərin verilməsinə dair üçüncü Dəvətin yenilikləri və proqramın EACEA tərəfindən idarə olunması, TEMPUS Proqramına müraciət etmək üçün yeni elektron qaydaların izahı məruzəçi Cənab Franz Steidele tərəfindən geniş izah olundu.
Gürüşdə həmçinin Azərbaycanda Milli TEMPUS Ofisinin son nailiyyətlərindən danışıldı və ofisin yeni veb saytı (www.tempus.az.org) təqdim olundu.
