Professor Abuzər Xələfovun anadan olmasının 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir

14/12/2016

Dekabr  ayının 14-də  Milli Kitabxanada Azərbaycanda kitabxanaşünaslıq elminin banisi, Əməkdar elm xadimi, tarix elmləri doktoru, professor Abuzər Xələfovun anadan olmasının 85 illik yubileyinə həsr olunmuş tədbir və “Abuzər Xələfov. Biblioqrafik məlumat kitabı”nın, Elektron məlumat bazasının təqdimat mərasimi keçirilmişdir.

Tədbiri Milli Kitabxananın direktoru professor Kərim Tahirov açaraq tədbir iştirakçılarını salamlamış, sözü Mədəniyyət və Turizm Nazirliyinin Kitab döbriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri v.m.i.e Aslan Cəfərova verilmişdir. O, Nazirlik adından çıxış edərək alimə cansağlığı arzulamış, professorun faydalı ömür yaşadığını, böyük bir kitabxanaşünaslıq məktəbi yaratdığını, milli kitabxanaşünas-biblioqraf kadrların hazırlanmasında səmərəli işlər gördüyünü söyləmişdir.

Sonra prof. Kərim Tahirov görkəmli alim haqqında geniş məruzə ilə çıxış etmişdir. O, Abuzər Xələfovun kitabxanaşünaslıq sahəsində əvəzsiz xidmətlərindən danışmış, bütün kitabxanaçıların müəllimi olmuş Abuzər Xələfova cansağlığı, uzun ömür arzulamışdır.

Sonda Abuzər Xələfov tədbirin keçirilməsinə görə Milli Kitabxanaya və onun yaradıcılığını əks etdirən biblioqrafiyanın ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü bildirmişdir.

Görkəmli alimin yaradıcılığını, kitabxanaşünaslıq tarixində əvəzsiz xidmətlərini  özündə əks etdirən “Abuzər Xələfov 85” adlı kitab sərgisi və Elektron məlumat bazası tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanmışdır.

http://anl.az/new/az/news-view/340

Bookmark and Share
© Bakı Dövlət Universiteti