Professor Abuzər Xələfovun anadan olmasının 85 illik yubileyi münasibəti ilə görüş keçirilib.

11/11/2016

C.Cabbarlı adına Respublika Gənclər kitabxanasında 11 noyabr 2016-ci il tarixdə Bakı Dövlət Universitetinin Fəxri professoru, Azərbaycan Respublikasının əməkdar elm xadimi, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi, BMT yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının akademiki, Prezidentin fəxri təqaüdçüsü, “Şöhrət” ordenli, tarix elmləri doktoru, professor Abuzər Xələfovun anadan olmasının 85 illik yubileyi münasibəti ilə görüş keçirildi. Görüşdə prof. Abuzər Xələfovun həyat və elmi -pedoqoji fəaliyyəti barədə Kitabxanaçılıq-informasiya fakültəsinin dekanı dos. Azad Qurbanov məruzə etdi. Sonra çıxış edən natiqlər dos. E.Əhmədov, dos. N.İsmayılov, dos. K. Aslan, dos. R.Süleymanov yubilyar haqda ürək sözlərini dedilər. Kitabxanaçılıq-informasiya fakültəsinin özfəliyyət dərnəyinin üzvlərinin ifasında yubilyara həsr olunmuş şer və musiqi nömrələri dinlənildi. Sonda yubilyar -professor Abuzər Xələfov çıxış edərək , görüş üçün Gənclər kitabxanasının kollektivinə, ona göstərilən diqqətə görə Respublika Prezidentinə, BDU-nun rektoru akademik Abel Məhərrəmova,  Kitabxanaçılıq-informasiya fakültəsinin dekanlığına dərin təşəkkürünü bildirdi və tədbirdə iştrak edən gənclərə Dövlətimizə sədaqətli olmağı, Müstəqilliyimizi qorumağı, öz sənətində peşakar olmağı tövsiyyə etdi.

Bookmark and Share
© Bakı Dövlət Universiteti