PAKT layihəsi çərçivəsində təlim keçirilib

23/06/2015
PAKT layihəsi çərçivəsində təlim keçirilib

Bakı Dövlət Universitetində Avropa Komissiyasının TEMPUS proqramının PAKT (Project Actors Capacity Training in Caucasus) layihəsi çərçivəsində təlim keçirilib.

Tədbiri BDU-nun Elm və innovasiyalar üzrə prorektoru, professor Aydın Kazımzadə açaraq bildirib ki, PAKT-ın əsas hədəfləri layihə menecmenti sahəsində bilikləri genişləndirmək, bu sahədə toplanmış qabaqcıl təcrübəni paylaşmaq və  Cənubi Qafqaz universitetlərininin  aparıcı Avropa universitetləri ilə əməkdaşlığını gücləndirməkdir. Layihədə doqquz Cənubi Qafqaz universiteti iştirak edir. Ölkəmizi bu layihədə iki universitet –BDUvə Xəzər Universiteti təmsil edir.

Bundan əlavə, onlayn sessiyaların  da keçirilməsi nəzərdə tutulub.

Yaxın gələcəkdə bu cür təlimlərin respublikanın bütün universitetlərinin nümayəndələri üçün keçirilməsi planlaşdırılıb.

 

Mətbuat və informasiya şöbəsi, 23 iyun 2015-ci il.

Bookmark and Share
© Bakı Dövlət Universiteti