Məzun günü
27/07/201427 iyun 2014-cü il tarixində Bakı Dövlət Universitetində məzun günü keçirilmişdir. Tədbir rəsmi və bədii hissədən ibarət olmuşdur. Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov çıxış edərək məzunları təbrik etdi. Daha sonra rektor Abel Məhərrəmov bakalavr və magistratura pillələrini əla qiymətlərlə bitirən tələbələri qırmızı diplomla təltif etdi və bütün məzunlara uğurlar arzuladı. Daha sonra tədbir bədii hissə ilə davam etdi.
