“Kəlbəcərsiz 19 il...” Şair Ələmdar Cabbarlının yeni kitabı çapdan çıxıb.

18/07/2012

“Kəlbəcərsiz 19 il...” Şair Ələmdar Cabbarlının yeni kitabı çapdan çıxıb.

“Kəlbəcərsiz 19 il...” şairin sayca beşinci kitabıdır.

Kitabda Ələmdar Cabbarlının “Kəlbəcər tacıdır Azərbaycanın” poeması və Kəlbəcərə həsr olunmuş şeirlər toplanıb. Kitabın məsləhətçisi “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü Qəmbər Şəmşiroğlu, redaktoru filologiya elmləri doktoru Şirindil Alışanlıdır.

Qeyd edək ki, Ələmdar Cabbarlı Bakı Dövlət Universitetinin müəllimi, filologiya üzrə fəlsəfə doktorudur. “Azərbaycanım mənim”, “Özümlə bir ətək daş gəzdirirəm”, “...Və bir gün”, “Yaşasan, çoxdu bu ömür” kitablarının müəllifidir.

Bookmark and Share
© Bakı Dövlət Universiteti