BDU-da Kitabxanaşünaslıq kafedrasının növbəti iclası keçirilib

27/11/2018

Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsinin Kitabxanaşünaslıq kafedrasının növbəti iclası keçirilib.İclasda fakültənin professor-müəllim heyəti iştirak edib.

Kafedra müdiri dosent Elçin Əhmədov iclasın gündəliyində duran məsələlər barədə məlumat verib.

Sonra Fakültə Elmi Şurasının yeni tərkibini formalaşdırmaq məqsədilə kafedranın müəllimlərinin namizədliyi irəli sürülüb.

İclasda BDU-nun fəxri professoru, Əməkdаr еlm хаdimi, Əməkdаr mədəniyyət işçisi, BMT yаnındа Bеynəlхаlq İnformasiyalaşdırma Аkаdеmiyаsının аkаdеmiki Abuzər Xələfov və kafedranın dosenti Pərviz Kazıminin namizədliyi gizli səsvermə yolu ilə təsdiqlənib.

Bookmark and Share
© Bakı Dövlət Universiteti