Kitabxanaşünaslıq kafedrası ilin kafedrası elan olundu

06/04/2011

jpgBakı Dövlət Universiteti Elmi Şurasının növbəti iclası keçirilib. AMEA-nın Rəyasət Heyəti və BDU-nun Elmi Şurasının üzvlərinin, tanınmış alimlər və KİV nümayəndələrinin iştirak etdiyi iclası giriş sözü ilə universitetin rektoru, akademik Abel Məhərrəmov açıb. Azərbaycan elminin, təhsilinin dinamik inkişafının, elmi kadrların hazırlanmasının, elmi potensialının gücləndirilməsinin, elmi-texniki nailiyyətlərin əldə olunmasının əhəmiyyətindən danışan rektor, elmin inkişafını xalqın gələcəyini təyin edən əsas amillərdən biri hesab edən dövlət başçısı İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğıdan bəhs edib. Bu uğurlu siyasətin BDU-ya da dəyərli töhfə verdiyini, Azərbaycanın beynəlxalq aləmdə aparıcı dövlətlər sırasına qoşulmasına zəmin yaratdığını söyləyib.

İclasda 2010-cu ildə yerinə yetirilmiş elmi-tədqiqat işləri haqqında Elmi işlər üzrə prorektor, professor İsmayıl Əliyevin hesabatı dinlənilib.

BDU-da humanitar elmlər üzrə kafedralar arasında Kitabxanaşünaslıq kafedrası birinci yeri tutmuş və kafedra bu münasibətlə kompüter dəsti ilə mükafatlandırılmışdır.

Kafedranın müəllimi dosent Knyaz İlyas oğlu Aslan isə "İLİN ALİMİ"  fəxri adına layiq görülmüşdür.

Fakültə kollektivi kafedranın və hörmətli dossentimizin uğuruna sevinir və bu münasibə Kitabxanaşünaslıq kafedrasının müdiri professor A.A.Xələfovu və dossent K.Aslanı ürəkdən təbrik edir, yeni yeni yaradıcılıq uğurları arzulayır.

Bookmark and Share
© Bakı Dövlət Universiteti