Kitabxanaşünaslıq elminə yeni töhfə- Multikulturalizm kitabxana-informasiya fəaliyyətində
07/11/2019
Kitabxanaşünas alim, Kitabxanaşünaslıq kafedrasının müdiri Elçin Əhmədovun “Multikulturalizm kitabxana-informasiya fəaliyyətində” adlı monoqrafiyası işıq üzü görüb. Monoqrafiyada Azərbaycanın Dövlət siyasətində multikulturalizmin yeri və rolu müəyyənləşdirilib. Dövlət siyasətinin uğurlu həyata keçirilməsində əhəmiyyətli rol oynayan, sosial təsisatlar olan kitabxanaların fəaliyyətində multikulturalizm dəyərlərinin təbliği formaları araşdırılıb. Yeni işıq üzü görmüş monoqrafiya elmimizin yeni uğuru olmaqla yanaşı, Bakı Dövlət Universitetinin 100 illik yubileyinə dəyərli töhfədir. |
|
![]() |
![]() |
