Kitabxanaçılıq-informasiya fakültəsinin müəllim və tələbə heyəti Azərbaycan Milli Xalça Muzeyində olub

15/12/2019

2019-cu il dekabr ayının 14-də Kitabxanaçılıq-informasiya fakültəsinin “Kitabşünaslıq və nəşriyyat işi” kafedrasının müəllimi tarix üzrə fəlsəfə doktoru Leyla Qabil qızı Abasova Kitabxanaçılıq-informasiya fakültəsinin “Kitabşünaslıq” ixtisası üzrə bakalavr pilləsində təhsil alan I kurs Kb-2 və II kurs Kb-01 qrupların tələbələrlə birlikdə Azərbaycan Milli Xalça Muzeyində olub.

Muzeydə çalışan bələdçi tərəfindən Azərbaycan Milli Xalça Muzeyi Azərbaycan SSR-nin Nazirlər Sovetinin 13 mart 1967-ci iltarixli 130 nömrəli sərəncamı ilə yaradılması haqqında, 1967-1993-cü illərdə Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi, 1993-2014-cü illərdə Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi, 2014-2019-cu illərdə Azərbaycan Xalça Muzeyi, 2019-cu ildən bu günədək Azərbaycan Milli Xalça Muzeyi adlanması haqqında, həmçinin muzeyin əməkdaşı olan bələdçi tərəfindən tələbələrə Azərbaycan Milli Xalça Muzeyində qorunub saxlanılan, qədim tariximizi özündə əks etdirən XVII, XVIII, XIX və XX əsrlərə aid olan qiymətli xalçalar haqqında geniş məlumat verilib.

Bookmark and Share
© Bakı Dövlət Universiteti