Kitabxanaçılıq-informasiya fakültəsinin Kitabxanaşünaslıq kafedrası üzrə dərnəyin növbəti iclası keçirildi

21/12/2015

Bu gün Kitabxanaçılıq-informasiya fakültəsinin Kitabxanaşünaslıq kafedrası üzrə dərnəyin növbəti iclası keçirildi. İclası Kitabxanaçılıq-informasiya fakültəsinin dekan müavini dosent Elçin Əhmədov çıxış nitqi ilə açıq elan eledi. Elçin Əhmədov artıq ənənə halını almış Kitabxanaşünaslıq kafedrası üzrə dərnəyin tələbələrin elmi yaradıcılıq vərdişlərinin yaradılması işində müsbət əhəmiyyətini qeyd etdi. Daha sonra iclası Kitabxanaşünaslıq kafedrası üzrə dərnəyin rənbəri müəllim Ceyhun Şirinov davam etdirdi. Daha sonra çıxış etmək üçün soz tələbələrə verildi. Tələbələr onlara verilmiş müəyyən mövzular ətrafında apardıqları araşdırmaları iclas iştirakçılarının diqqətinə çatdırdılar. Daha sonra Kitabxanaşünaslıq kafedrası üzrə dərnəyin sədri  Hacı Qasımlı dərnəyin üzvlərinə və dinləyicilərə minnətdarlığını bildirdi. Bununlada iclas yekunlaşmış hesab olundu.

Bookmark and Share
© Bakı Dövlət Universiteti