Kitabxanaçılıq-informasiya fakültəsinin “Kitabşünaslıq və nəşriyyat işi” kafedrasının dosenti, f.ü.f.d. Vüsalə Musalının “Mətnlərin nəşrə hazırlanması problemləri” adlı monoqrafiyası işıq üzü görmüşdür.
26/09/2012Kitabxanaçılıq-informasiya fakültəsinin “Kitabşünaslıq və nəşriyyat işi” kafedrasının dosenti, f.ü.f.d. Vüsalə Musalının “Mətnlərin nəşrə hazırlanması problemləri” adlı monoqrafiyası işıq üzü görmüşdür. (Musalı V. A. Mətnlərin nəşrə hazırlanması problemləri. – Bakı, “Elm və təhsil”, 2012, 261 s.)
Monoqrafiyada elmi, elmi-kütləvi, klassik ədəbiyyatın nəşrə hazırlanması və redaktəsi məsələlərindən bəhs olunmuşdur. Dövri nəşrlərin tipoloji əlamətləri və növləri şərh olunmuş, elmi jurnalların növlərindən, məqsəd və oxucu təyinatından asılı olaraq növ və janrlarından, elmi jurnalların nəşri tarixindən və mərhələlərindən bəhs edilmiş, nəşrə hazırlanma və redaktə xüsusiyyətləri və s. problemlər işıqlandırılmış, Azərbaycanda nəşr olunan elmi jurnalların, Azərbaycanlı müəlliflərin elmi məqalələrinin Thomson reyestrində öz əksini tapması, ölkəmizdəki elmi jurnalların bu agentliyin impakt faktorunu alması məsələləri və qarşıda duran vəzifələr araşdırılmışdır.
Sözügedən monoqrafiya müəllifin nəşr edilmiş dördüncü kitabıdır.
