Kitabxanaçılıq-informasiya fakültəsinin III kurs ing-1 qrup tələbələri Erasmus+ tələbə mübadiləsi proqramında iştirak etmişlər

05/11/2016

Kitabxanaçılıq-informasiya fakültəsinin III  kurs ing-1 qrup  tələbələri- Rüstəmova Ayşən, Misrixanova Lalə, Məmmədova Aytəkin və Həsənli Rüfət, “Miras Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi” və “Belçika Türk Dərnəkləri Birliyinin” birgə layihəsi olan Erasmus+ tələbə mübadiləsi proqramında 28.10.2016-03.11.2016-cı il tarixlərində iştirak etmişlər. Proqram Belçikanın Brüssel, Antwerpen, Gent, Genk, Hasselt, Beringen şəhərlərində keçirilmişdir.

Proqram boyunca tələbələr multikultiralizmlə bağlı müzakilərdə iştirak etmişlər. Türksoylu natiq və uğurlu kariyera sahibləri Alderman, Ali Çağlar, Emir Kir, tarixçi Tina De Ghent ilə öyrənmə ərəfəsində müsbət və mənfi təcrübə, Türklərin Belçikaya gəlmə tarixləri haqqında söhbətləri dinləyiblər.

Tələbələr Be Mine muzeyini, Yunus Emre camisini, məşhur meydan  və kilsələri, Avropanın   siyasi mərkəz şəhəri Brüsseldə Federal Parlamenti (European Perliament), Avropa Komissiyasını (European Commision), Manneken Pis heykəlini, Grand Place meydanını, Atomiumu, St.Michael və St.Gudula Katedralını, Kraliyyət sarayını (Place Royal) Cinquantenaire parkını, Antoworldü, Antwerpen limanını, Grotte Marktı, bələdiyyə binasını, “Loncalae Evi”ni, Esro Nehrini, ÖVL Katedralını, “Het Steen” şatosunu ziyarət etmişlər.

Federal Parlamentin iş sistemi, Avropa Komissiyasında Simon Pascoenin təlimində iştirak etmiş və komissiyasının strukturu ilə tanış olmuşlar.

Bir həftəlik proqram sonunda tələbələr Avropa Komissiyası tərəfindən təsdiqlənmiş, Erasmus+ (Youth Exchanges) sertifikatı və hədiyyələrlə qiymətləndirilmişlər.

Bookmark and Share
© Bakı Dövlət Universiteti