Kitabxanaçılıq-informasiya fakültəsinin Həmkarlar təşkilatı bürosunun hesabat seçki yığıncağı keçirilmişdir

07/03/2017

Yığıncaqda BDU Həmkarlar İttifaqı Komitəsinin sədri,dosent, məclis üzvü Fikrət Şiriyev, Kitabxanaçılıq-informasiya fakültəsinin Həmkarlar bürosu və bütövlükdə Kitabxanaçılıq-informasiya fakültəsinin kollektivi iştirak etmişdir. Müzakirəyə çıxarılan məsələlər:
1. Fakültə Həmkarlar təşkilatının bürosu sədrinin hesabatı;
2. Yeni büronun seçilməsi; 
3. BDU-nun Həmkarlar Komitəsinin XV konfransına nümayəndələrin seçilməsi;
4. Cari məsələlər. 
İclası Kitabxanaçılıq-informasiya fakültəsinin dekanı dosent Azad Qurbanov açdı. İclası aparmaq üçünsözü dekan müavini dosent Mehmanəli Məmmədova verdi. İclasda  Kitabxanaçılıq-informasiya fakültəsinin Həmkarlar təşkilatı bürosunun sədri Nigar İsmayılovanın son illər üzrə hesabatı dinlənildi. Hesabatda Həmkarlar təşkilatının fakültənin fəaliyyəti istiqamətində gördüyü işlər barədə məlumat verildi. Hesabat ətrafında fakültə kollektivinin çıxışları dinlənildi. İclasda müzakirəyə çıxarılan ikinci məsələ yeni büronun yaradılması məsələsi idi. Bu məsələ ciddi müzakirələrə səbəb oldu. Kitabxanaşünaslıq kafedrasının müdiri dos. Elçin Əhmədovun və Kitabşünaslıq kafedrasının müəllimi Rasim Süleymanovun büroya üzvlük üçün təklif etdiyi namizədlər geniş müzakirələrdən sonra büroya üzv kimi daxil edildi. Beləliklə Kitabxanaçılıq-informasiya fakültəsinin Həmkarlar Təşkilatı Bürosunun yeni tərkibi aşağıdakı kimi müəyyənləşdirildi.
Büronun sədri: N.İsmayılova
Büronun katibi: R.Qardaşov
Üzvlər: S.Sadıqova,S.Hacıyeva, E.Balayeva, E.Məmmədov, N. Mehrəliyeva
Qərar yekdilliklə qəbul edildi. İclasda həmçinin BDU-nun Həmkarlar Komitəsinin XV konfransına nümayəndələr seçildi.  

Bookmark and Share
© Bakı Dövlət Universiteti