Kitabxanaçılıq-informasiya fakültəsində “Kitabxana-informasiya fəaliyyəti və fənlərarası inteqrasiya” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirildi
29/12/201529 dekabr 2015-cil saat 11:00-da Kitabxanaçılıq-informasiya fakültəsində “Kitabxana-informasiya fəaliyyəti və fənlərarası inteqrasiya” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirildi. Konfransı giriş sözü ilə Elm və innovasiyalar üzrə prorektor, fizika-riyaziyyat elmləri doktoru, professor Aydın Kazımzadə açdı. Daha sonra çıxış üçün söz Kitabxanaçılıq-informasiya fakültəsinin Kitabxanaşünaslıq kafedrasının müdiri, tarix elmləri doktoru, professor Abuzər Xələfova verildi. Bir saatlıq fasilədən sonra hər bir kafedra ayrı-ayrılıqda konfransı bölmələr üzrə davam etdirdilər. Konfransda fakültənin əksər müəllimləri, doktorantları, dissertantları və magistrləri öz məruzələri ilə çıxış etdilər.
