Kitabxanaçılıq-informasiya fakültəsində Fakültə Həmkarlar Təşkilatınının hesabat – seçki iclası keçrilib
19/02/2020- 19.02.2020-ci tarixdə Kitabxanaçılıq-informasiya fakültəsində Fakültə Həmkarlar Təşkilatınının hesabat – seçki iclası keçrilib. İclasda BDU-nun Həmkarlar İttifaqı Komitəsinin Sədri Rəşad Cabarov və professor Əmrah Dadaşov iştrak edib. İclası fakültənin Sosial işlər üzrə dekan müavini dosent Əlamdar Bayramov aparıb. O, iclası açaraq BDU-da aparılan yeni sosial islahatlardan, o cümlədən gənc kadrların idarəetmə işlərinə cəlb edilməsindən danışıb və sözü hesabat üçün Fakültə Həmkarlar Təşkilatınının sədri dosent Nigar İsmayılovaya verib. Nigar İsmayılova Hesabat ilində fakültə və BDU üzrə görülən işlər haqında ətraflı və lakonik məlumat verib. Hesabat üzrə müzakirələrdə prof. Xəlil İsmayılov, dos. Knyaz Aslan, dos. Elçin Əhmədov, dos. Mehmanəli Məmmədov və başqaları çıxış edərək Fakültə Həmkarlar Təşkilatınının və onun sədri Nigar İsmayılovanının fəaliyyətini yüksək qiymətləndirib
Sonra dosent Əlamdar Bayramov Fakültə Həmkarlar Təşkilatınının 5 nəfərlik yeni tərkibini elan edib. O, bildirib ki, tərkib fakültənin cavan əməkdaşlarından ibrətdir və kafedralar üzrə müvafiq məsləhətləşmələr əsasında formalaşılıb. Prosedura uyğun olaraq səsvermə yolu ilə yeni tərkib Fakültə Həmkarlar Təşkilatınının sədri olaraq Ellada Balayevanı seçib.
Dosent Əlamdar Bayramov yeni sədrin adını açıqlayıb və kollektiv adından uğurlar arzulayıb.
