Kitabxanaçılıq-informasiya fakültəsində 8 Mart Beynəlxalq Qadınlar günü ilə bağlı tədbir keçirildi.

07/03/2017

8 mart Beynəlxalq Qadınlar günüdür. Bu günün tarixinə qısa nəzər salaq. Qadın hərəkatının tarixi 1857-ci ildə Nyu Yorklu qadınların 12 saatlıq iş gününə etirazı ilə başlayıb. 1910-cu ildə alman sosialist qadın Klara Setkin 8 martın dünya qadınlar günü kimi qeyd edilməsinə nail olub. 1977-ci ildə BMT bu günü qadın günü kimi rəsmiləşdirib. Qadınlar bayramı Azərbaycanda da geniş qeyd olunur. İndi Azərbaycan qadınları artıq cəmiyyətin aparıcı qüvvəsinə çevrilib, çünki cəmiyyət ona hörmətlə yanaşır, onu qiymətləndirir. Azərbaycan qadınının bütün dövrlərdə, bütün cəmiyyətlərdə gözəl örnəkləri olub. Bunu hər şeyi öz yaddaşında qoruyub saxlayan tarix təsdiq edir.
Bunu əlində rəhbər tutan  BDU-nun Həmkarlar təşkilatı və Kitabxanaçılıq-informasiya fakültəsinin kişi kollektivi 8 mart Beynəlxalq Qadınlar günü münasibətilə qadın həmkarlarını təbrik etmişdir. Xanımlara qiymətli hədiyyələr verilmiş və tədbir bədii hissə ilə yekunlaşmışdır.

 

 

 

 

 

 

 

Bookmark and Share
© Bakı Dövlət Universiteti