Kitabxanaçılıq-informasiya fakültəsi “İxtisas seçimi” kampaniyasında iştirak edib

23/05/2014

Ölkə Prezidentinin sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq Təhsil Nazirliyi tərəfindən başlanılmış, abituriyentlərin ixtisas seçiminə dəstək məqsədilə “İxtisas seçimi” adlı kampaniya çərçivəsində Bakı Dövlət Universiteti Kitabxanaçılıq-informasiya fakültəsinin bir qrup müəllim və tələbəsi Bakı şəhəri Səbayel rayonu 236 və 239 saylı məktəblərdə yuxarı sinif şagirdləri ilə görüş keçirib.

Hər iki məktəbdə keçirilən tədbirdə Kitabxanaçılıq-informasiya fakültəsinin dekan müavini, dos. Ələmdar Cabbarlı, Biblioqrafiyaşünaslıq kafedrasının müdiri, dos. Nadir İsmayılov və Kitabşünaslıq və Nəşriyyat işi kafedrasının dosenti Rasim Süleymanov çıxış edərək Respublikamızda həyat keçirilən uğurlu təhsil islahatlarından, o cümlədən “İxtisas seçimi” kampaniyasından bəhs ediblər. Natiqlər Bakı Dövlət Universitetinin və Kitabxanaçılıq-informasiya fakültəsinin ölkənin təhsil sferasında olan rolundan söz açıblar.

Daha sonra tədbirdə Kitabxanaçılıq-informasiya fakültəsi haqqında hazırlanmış slayd nümayiş etdirilib, fakültənin istedadlı tələbələrin ifasında ədəbi-bədii nümunələr səsləndirilib.

Bookmark and Share
© Bakı Dövlət Universiteti