I kurs tələbələrinə tələbə biletləri təqdim edilib

25/09/2018

Kitabxanaçılıq-informasiya fakültəsində I kurs tələbələrinə tələbə biletləri təqdim edilib. Tələbə biletlərini təqdim edən fakültənin dekanı dosent Azad Qurbanov birinci kurs tələbələrini ölkəmizin ən nüfuzlu ali təhsil məktəbi olan Bakı Dövlət Universitetinə qəbul olmaları münasibətilə təbrik edib. Natiq ölkəmizdə təhsilə olan dövlət qayğısından bəhs edib və bildirib ki, onlar da BDU-da bu qayğı ilə əhatə olunacaqlar. Azad Qurbanov I kurs tələbələrinin nəzərinə çatdırıb ki, bu il Bakı Dövlət Universitetinin 100 illik yubileyi dövlət səviyyəsində qeyd olunacaq və sizin məhz belə əlamətdar bir tarixdə BDU-ya daxil olmağınız xüsusi önəm daşıyır.

Fakültədə 3 dildə (Azərbaycan, rus, ingilis) tədris aparıldığını bildirən dosent Azad Qurbanov I kurs tələbələrinə fakültədə tədris olunan fənnlər və fakültənin professor-müəllim heyəti haqqında geniş məlumat verib.

Bookmark and Share
© Bakı Dövlət Universiteti