Kitabxanaçılıq-informasiya fakültəsinin Elmi Şurasının iclası кeçirilmişdir
28/03/20122012-ci il mart ayının 28-də saat 11.00-da Kitabxanaçılıq-informasiya fakültəsinin Elmi Şurasının iclası кeçirilmişdir.
GÜNDƏLİK MƏSƏLƏLƏR:
1. 2011-2012-ci tədris ilinin qış imtahan sessiyasının yekunları və fakültə kollektivi qarşısında duran vəzifələr (dekan, kafedra müdirləri)
2.Qiyabi şöbənin V kurs tələbələrinin istehsalat təcrübəsinin yekunları (kafedra müdirləri)
3. Doktorant və dissertantların dissertasiya mövzularının müzakirəsi və təsdiqi.
4. Aspirant və dissertantların attestasiyası.
5. Cari məsələlər.
İclasda bir sıra problem məsəllər müzakirə olunmuşdur.
2011-2012-ci tədris ilinin qış imtahan sessiyasının yekunları və fakültə kollektivi qarşısında duran vəzifələr barədə fakültənin dekanı dosent A.Qurbanov məlumat vermişdir.
Müzakirələrdə kafedra müdirləri professor A.Xələfov, professor X.İsma¬¬yılov, dosent N.İsmayilov, dosent K.Aslan, professor B.Allahverdiyev və başqa elmi şura üzvləri fəal iştirak etmişlər.
Elmi Şuranın iclasında BDU-nun Kitabxanaşılıq-informasiya fakültəsi yanında “Kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq, kitabşünaslıq və informasiyanın müasir problemləri” adlı Respublika Elmi Seminarı və “İstedad işığında” adlı istedadlı tələbələrin yaradıcılıq klubunu yaratmaq haqqında qərar qəbul edilmişdir.
