Elmi Şura

02/07/2014

02.07.2014-cü il tarixində saat 14:00-da Kaitabxanaçılıq-informasiya fakültəsinin Elmi Şurasının iclası keçirildi. Dekan dos. A.Qurbanov iclası açıq elan elədi. Daha sonra 2013-2014-cü tədris ili üzrə dekanın hesabatı dinlənildi. İxtisaslaşmış Elmi Şuranın sədri prof. A.Xələfov çıxış etdi.  2013-2014-cü tədris ilində magistratura üzrə İxtisaslaşmış Elmi Şuranın hesabatı dinlənildi. Bakalavriat pilləsində  K.Tahirovun Dövlət Attestasiya Komissiyasının buraxılış işlərinin müdafiəsinin yekunu barədə hesabatı dinlənildi. Kafedra müdirləri çıxış edərək əyani şöbənin IV kurs tələbələrinin istehsalat təcrübələrinin yekunu barədə məlumat verdilər. Sonda Kitabşünaslıq və nəşriyyat işi kafedrasının dosent əvəzi f.ü.f.d. Ələmdar Bayramovun dosent adı almaq üçün BDU Elmi Şurası qarşısında vəsatət qaldırması barədə sənədlərin müzakirəsi aparıldı.

Bookmark and Share
© Bakı Dövlət Universiteti