Elm və elmi-texniki jurnalların sərgisi

10/11/2010

JPGMərkəzi Elmi Kitabxana beynəlxalq əlaqələrin genişləndirilməsi, dərinləşdirilməsi və inkişafı istiqamətində keçirilən tədbirlərin davamı olaraq noyabr ayının 10-da Rusiyanın “Информнаука” MMC ilə birgə elmi və elmi-texniki jurnalların sərgisini keçirdi.

Sərginin açılışında Azərbaycanda kitabxanaşünaslıq elminin banisi, tаrix еlmləri dоktоru, prоfеssоr, “Şöhrət” оrdеnli, Prеzidеnt təqаüdçüsü, Аzərbаycаn Rеspublikаsının Əməkdаr еlm xаdimi, Əməkdаr mədəniyyət işçisi, BMT yаnındа Bеynəlxаlq İnfоrmаsiyаlаşdırmа Аkаdеmiyаsının аkаdеmiki, Аzərbаycаn Kitаbxаnаçılаr Cəmiyyətinin prеzidеnti, Bаkı Univеrsitеti Nəşriyyаt Şurаsının sədri,  “Kitаbxаnаşünаslıq və infоrmаsiyа” еlmi-nəzəri və praktik jurnаlının təsisçisi və baş redaktoru Abuzər Xələfov da geniş nitqlə çıxış etdi, sərginin əhəmiyyətindən danışdı, informasiya cəmiyyətində müasir informasiyanın kitabxanalarda  necə toplanması məsələlərinə toxundu.

Sərgi zamanı MDB dövlətlərinə elmi və elmi-texniki ədəbiyyat ixrac edən “Информнаука” MMC firması tərəfindən Mərkəzi Elmi Kitabxanaya 200-dən çox adda elmi jurnal təqdim olundu. Onlardan: “Известия Российской Академии наук», «Доклады Российской Академии наук», «Алгебра и анализ», «Нефтехимия», Автоматизация и современные технологии», «Атомная энергетика», «Авиационные и ракетные двигатели», «Космические исследования», «Биоорганическая химия», «Ядерная физика», «Экология», «Электротехника», «Геология, геофизика и разработка нефтяных и газовых месторождений», «Нефть России», «Офтальмохирургия» və s. jurnallar öz elmi tutumu, zəngin tətbiqi materiallara malik olması ilə diqqəti daha çox cəlb etdi.

Sərgidə nümayiş etdirilən jurnallar Mərkəzi Elmi Kitabxananın dövri mətbuat zalında oxucuların ixtiyarına veriləcək. Rusiyada nəşr olunan bu jurnallar alim və mütəxəssislərin, tədqiqatçıların qiymətli elmi informasiya ilə təmin edilməsində əhəmiyyətli rol oynayacaq.

 

Bookmark and Share
© Bakı Dövlət Universiteti