Dos. M.Ə.Məmmədovun monoqrafiyası işıq üzü görmüşdür

22/12/2016

Dos. M.Ə.Məmmədovun “Azərbaycanda texniki kitabxanaların inkişafı” adlı monoqrafiyası işıq üzü görmüşdür. Monoqrafiyada Azərbaycan Respublikasında texniki kitabxanaların yaranması və inkişaf istiqamətləri araşdırılmış, bu ktabxanaların ayrıca şəbəkə kimi formalaşması haqqında məlumat verilmişdir. Həmçinin monoqrafiyada texniki kitabxanaların formalaşması xüsusiyyətləri, mütəxəssislərə kitabxana-informasiya xidmətinin təşkilinin forma və xüsusiyyətləri tədqiq edilmişdir. Monoqrafiyanın elmi redaktoru Əməkdar elm xadimi, BDU-nun fəxri professoru, tarix elmləri doktoru A.A.Xələfov, redaktoru dos. E.Y.Əhmədov, rəyçiləri dos. A.İ.Qurbanov və dos. P.F.Kazımidir.

Bookmark and Share
© Bakı Dövlət Universiteti