Bu gün Kitabxanaçılıq və informasiya fakültəsi "Milli kinolara dəyər" adlı intellektual yarış keçirdi

07/11/2018

Bu gün Kitabxanaçılıq və informasiya fakültəsi "Milli kinolara dəyər" adlı intellektual yarış keçirdi. Yarış olduqca maraqlı ve mübarizəli keçdi. Sualları Qələndərova Türkan səsləndirmişdir. Yarışma 3 mərhələdən ibarət idi.

1-ci mərhələdə filmlərdən fragmentlərin hansı filmə aid olduğunu, 2-ci mərhələdə filmlərdən sitatların hansı obraza və hansi filmə aid olduğu, 3-cü mərhələdə isə filmlərdən mahnılar səsləndi və hansı filmə aid olduğunu komandalar cavablandırdı. Yarışda 12 komanda iştirak edirdi. Komandalar: "Unity", "Minera", "Senators", "Fiziklər", "Ulduz", "Prestij", "Apollon", "Alfa", "Retro", "Hərbi hissə", "BTR", "Fizika müəllimləri".

3-cü yeri "Senators", "Ulduz" komandası, 2-ci yeri "Prestij" komandası, 1-ci yeri isə "Apollon" komandası tutdu. Qalib olan komandanın üzvlərinə Kitabxanaçılıq və informasiya fakültəsinin sədri Memmedzadə Rəcəb hədiyyələrini teqdim etdi.

Bookmark and Share
© Bakı Dövlət Universiteti