Bu gün Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsində ALİSA (Automated Library İnformation System of Azerbaijan) proqramının təqdimatı keçirildi
04/02/2016Bu gün Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsində saat 11:00-da ALİSA (Automated Library İnformation System of Azerbaijan) proqramının təqdimatı keçirildi. Təqdimatı fakültə dekanı dosent Azad Qurbanov açdı. Daha sonra təqdimatı həyata keçirən Ultra şirkətinin əməkdaşları proqram barəsində ətraflı məlumat verdilər. Burada sistemin özəlliklərindən bəhs olundu, inkişaf perspektivləri vurğulandı. Bu sistemin digər avtomatlaşdırılmış informasiya sistemlərindən oxşar və fərqli cəhətləri diqqətə çatdırıldı.
