Bu gün Bakı Dövlət Universitetində kitabxanasünaslıq və informasiya fakültəsinin yaranmasının 65 illiyinə həsr olunmuş «Kitabxana-informasiya və nəşriyyat fəaliyyətinin müasir problemləri» mövzunda gənc tədqiqatçıların respublika elmi konfransı keçirilib.

18/05/2012

 

Bu gün Bakı Dövlət Universitetində kitabxanasünaslıq və informasiya fakültəsinin yaranmasının 65 illiyinə həsr olunmuş «Kitabxana-informasiya və nəşriyyat fəaliyyətinin müasir problemləri» mövzunda gənc tədqiqatçıların respublika elmi konfransı keçirilib. Konfransı giriş sözü ilə BDU-nun Elm və innovasiyalar üzrə prorektoru, fizika-riyaziyyat elmləri doktoru, professor Aydın Kazımzadə açıb. Tədbirdə kitabxanaşünaslıq kafedrasının müdiri Əməkdar elm xadimi, BMT yanında Beynəlxlq İnformasiyalaşdırma Akademiyasının akademiki, tarix elmləri doktoru, professor Abuzər Xələfov «Kitabxanaşünaslıgın müasir problemlər», Kitabxanaşünaslıq və nəşriyyat işi kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Knyaz Aslan «İnformasiya cəmiyyətində nəşriyyat fəaliyyətinin inkişaf istiqamətləri», magistratura elmi işlər üzrə dekan müavin, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Elçin Əhmədov «Kitabxanaçılıq-informasiya fakültəsində gənc tədqiqatçıların elmi-tədqiqat işlərinin müasir vəziyyəti» mövzularında məruzələr ediblər. Konfrans bölmə iclaslarında işini davam etdirəcək.

 

BDU-nun Mətbuat və informasiya şöbəsi, 18 may 2012-ci il.

 

 

Bookmark and Share
© Bakı Dövlət Universiteti