Boloniya prosesi - zamanın tələbi
16/03/2010Kitabxanaçılıq-informasiya fakültəsində kredit sistemi ilə təhsil alan kurslarda əlavə qış məktəbi təşkil olunmuşdur. Bu payız semestrində kəsri qalan tələbələrin qrup şəklində yenidən təkrar kurs keçməsi üçün nəzərdə tutulmuşdur.Tələbə Payız semestrində qazana bilmədiyi kreditləri təşkil olunmuş qruplarda təkrar kurs keçərək növbəti dəfə imtahan verməklə qazana bilər. Hər bir qrup minimum 5 tələbədən ibarət olmaqla təşkil olunur.Qruplar pulludur.
Boloniya prosesinin tələblərinə uyğun olaraq tələbəyə hər semestr 30 kreditə qədər fənlərin seçilməsi icazəsi verilir. Bundan əlavə cəmi 8 kreditdən çox olmamaq şərti ilə 1 və ya 2 fənn sekmək hüququ verilir. Kəsri qalmış tələbə bu cür seçimdən məhrumdur. Həmçinin tədris planında məcburi və ardıcıl öyrənilən fənlər qrupu mövcuddur ki bu fənlərdən birindən lazımı krediti toplaya bilməyən tələbə akademik borcunu ödəməyənə kimi digər əlaqəli fənlərə də buraxılmaq hüququndan məhrum olur. Beləliklə əlavə qış və yay məktəblərinin təşkilikredit sistemi tətbiq edilən ali təhsil müəssisələrində həm tələbələrin həm də bu sahədə çalışan təhsil işçilərinin işini xeyli yüngülləşdirir.
