Bizdən sizə pay

19/05/2012

 

Yalnız dərs oxumaq, imtahanlarımızdan uğurla keçmək bizim gələcək inkişafımıza təkan verən amillərin, sadəcə bir hissəsini təşkil edir. İctimai fəallıq, müəyyən bir məqsədə xidmət edən qrupun içində fərqlənmək əslində bizim gələcək uğurlarımızın ilkin qığılcımlarıdır.

19.05.2012-ci il tarixində Kitabxanaçılıq–informasiya fakültəsinin bir qrup kreativ tələbələri Şuşa Humanitar Kollecində Kitabxana-informasiya təminatı ixtisasının tələbələri ilə qeyri-rəsmi görüş keçirmişdir. Görüşün məqsədi, orta təhsilli kitabxanaçı kadrlarla ünsiyyətdə

olmaq, onlara Kitabxanaşunaslıq elminin yeni nailiyyətlərini izah etmək, eyni zamanda əldə olunmuş uğurlarla onları tanış etməkdir. Kitabxanaçılıq-informasiya fakültəsinin III kurs tələbəsi Emin Kərimovun rəhbərliyi ilə, elə həmin fakültənin tələbələri Abdullazadə

Fəridə, Nəbiyeva Namiyə, Musayev Yusif, Müzəffərli Həmidə və Cəbiyeva Səbinənin iştirakı ilə “Bizdən Sizə Pay” layihəsi çərçivəsində həyata keçirilən görüşdə A. Fəridə “Müasir Kitabxanalar”, N. Namiyə “Elektron Kataloq və Elektron Kitabxana” mövzusunda məruzələrlə

çıxış etmişlər, eyni zamanda M. Həmidə Kitabxanaçılıq–informasiya fakültəsi haqqında qısa məlumat vermiş və “Kitabxanaların online rejimində fəaliyyəti” indən danışmışdır. Fakültə nümayəndələrinin çıxışları kollecin tələbələri tərəfindən maraqla qarşılanmış və

məruzələr fikir mübadiləsi ilə yekunlaşmışdır. Görüşdə eyni zamanda kitabxana-informasiya təminatı ixtisası muəllimi Lalə Vəliyeva və kollecin Tərbiyə işləri üzrə direktor müavini Könül Hüseynova, “Kitabxana-informasiya təminatı” fənn birləşməsinin sədri Yeganə

Əliyeva da iştirak etmiş və görüşün gedişatinda bir sıra fikrlər söyləmişdir. Layihə rəhbəri Emin Kərimov həm tələbələrin intellektual səviyyəsini yoxlamaq, həm də, gorüşü əyləncəli və yaddaqalan keçirtmək üçün tələbələrə “Xəmsə“ intellektual oyununun keçirilməsi

barədə təklif irəli sürmüş və təklif məmnuniyyətlə qəbul olunmuşdur. Oyunda 3 komanda iştirak etmiş və nümayəndələr komandası qalib gəlmişdir. Görüşün sonunda kollecin müəllimləri layihə haqqında öz fikirlərini bildirmiş və kollecin müəllim və tələbələri ilə

xatirə şəkilləri çəkilmişdir.

Bu, Emin Kərimovun rəhbərliyi ilə həyata keçirilən “Bizdən Sizə Pay” layihəsinin “Müasir Kitabxanalar” mövzusunda ilk tədbiri olmuşdur və bu tədbir sisilə şəklində başqa tədris müəsisələrində də mövzular üzrə keçiriləcəkdir.

Sonda Şuşa Humanitar Kollecinin tələbələri ilə görüş keçirməkdə bizə dəstək olduğu üçün Kollecin direktoru Rəsul İsmayılova öz dərin təşəkkürümüzü bildiririk.

 

Kitabxanaçiliq-İnformasiya fakültəsinin

II kurs tələbəsi Müzəffərli Həmidə

 

Bookmark and Share
© Bakı Dövlət Universiteti