Birdəfəlik dissertasiya şurasının iclası keçirildi
10/03/2017Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyasının 02 dekabr 2016-cı il tarixli 188 saylı əmrini əsas tutaraq Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsinin Kitabxanaşünaslıq kafedrasının dissertantı Məmmədov Eldəniz Elman oğlunun "M.F. Axundov adına Azərbaycan Milli Kitabxanasının dövri mətbuat fondu: tarixi, müasir vəziyyəti, oxuculara xidmət və inkişaf perspektivləri (1923-2007-ci illər) mövzusunda 3356.01-"Kitabxanaşünaslıq; biblioqrafiyaşünaslıq və kitabşünaslıq" ixtisasında tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin açıq müdafiəsini təşkil etmək məqsədilə yaradılmış Birdəfəlik Dissertasiya Şurasının 03 saylı iclası Bakı Dövlət Universitetində keçirilmişdir.
