BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsində Xocalı soyqırımı qur­ban­la­rının xatirəsi anılıb

24/02/2012

 

 

 

 

 

 

 

 

 

Bu gün Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsində Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı tədbir keçirilib. Fakültənin kafedra müdiri, dosent Knyaz Aslan faciənin Azərbaycan xalqına gətirdiyi bəlalardan danışıb, həmin ildə əməkdaşlıq və rəhbərlik etdiyi mətbuat orqanlarında faciə ilə bağlı yazılmış silsilə məqalələr verdiyini diqqətə çatdırıb. Qeyd edib ki, məqalə müəllifləri dövrün çətinliklərinə baxmayaraq, Xocalının blokadadan çıxarılmasını siyasi hakimiyyətdən tələb edir, cəsarət nümayiş etdirirdilər. Natiq gənclərin vətənpərvərlik ruhunda böyüməsindən, faciənin yaddaşlara yazılmasının vacibliyindən də danışıb.

Tədbirdə Tələbə elmi cəmiyyətinin rəhbəri Akif Cəfərov, kitabxana resursları və informasiya axtarış sistemləri kafedrasının əməkdaşı Elçin Gülalıyev, tələbələrdən isə Rəqsanə Salehi çıxış edib.

Sonda tələbələrin suallarını müəllimlər cavablandırıblar.

Bookmark and Share
© Bakı Dövlət Universiteti