BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsində Ümummilli lider anılıb

12/12/2018

Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsi və Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə fakültənin müəllim- tələbə heyəti iştirak edib.

Kitabxanaçılıq-informasiya fakültəsinin TGT sədri Rəcəb Məmmədzadə tədbiri açdıqdan sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Daha sonra Kitabşünaslıq və Nəşriyyat işi kafedrasının müəllimi Rasim Süleymanov və Fəlsəfə kafedrasının müəllimi Aygün Kərimova Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən ətraflı bəhs ediblər.

Anım mərasimində  Heydər Əliyevin xatirəsinə həsr olunmuş video-çarx nümayiş etdirilib.

Qeyd edək ki, tədbir “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı çərçivəsində - 2.1.2. gənclərin azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında vətəndaşlıq və vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi bəndi əsasında icra olunub.

Bookmark and Share
© Bakı Dövlət Universiteti