BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsində iclas keçirilib

30/11/2018

Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsinin Kitabxanaşünaslıq kafedrasının ilin yekunlarına dair elmi hesabat iclası keçirilib.

İclası açıq elan edən kafedra müdiri dos. E.Əhmədov kafedra əməkdaşlarının 2018ci ildə elmi fəaliyyətindən danışıb, kafedranın müəllimlərinin dərslik dərs vəsasiti, proqram və elmi məqalələrinin il boyu dərc olunmasında yaxından iştirak etdiklərini bildirib. Bu səbəbdən kafedranın reytinqi fakültənin digər kafedralarından yüksək olub.

Kafedra müdiri, dosent Elçin Əhmədov bildirib ki,  kafedrada fəaliyyət göstərən müəllimlər  tərəfindən  təqdim edilən ilin yekunlarına dair elmi hesabatların “Kitabxanaşünaslıq-informasiya” jurnalının xüsusi nömrəsində dərc olunması nəzərdə tutulub.

Əməkdaşların illik elmi məqalələrinin sayının  55-dək olduğunu deyən kafedra müdiri  yüksək indeksli jurnallarda dərc olunan məqalələrin ötən illə müqayisədə daha da artdığını diqqətə çatdırıb.

Bu da elmi təqdiqat işlərinin formalaşmasında əhəmiyyətli haldır.

Konkret olaraq Tver Milli Universitetinin, Xitove Dövlət Universitetinin elmi nəşrlərində kafedranın əməkdaşlarının əsəsrləri çap olunub.

Bu il xaricdə dərc olunan elmi məqalələrə dos. E.Əhmədovun 3, dos. M.Məmmədovun  və N.İsmayılovanın  isə 2 məqaləsini natiq misal göstərib.

2016-cı ildə N.İsmayılovanın SCOPUS-un qeydiyyatında olan “Bulletin of the Georgian National Academy of Sciences”   adlı jurnalında “Creation of Electronic Catalogue and Resources in Azerbaijani Libraries”  adlı məqaləsi 2017ci ildə isə dos. P.Kazıminin Tomson Reyter agentliyinin siyahisinda olan adlı jurnalda elmi məqalələrinin dərc olunduğunu qonağın diqqətinə çatdıran E.Əhmədov novbəti ildə bu tipli impact faktorlu jurnallarda məqalələrlə çıxış edəcəklərinin qarşıda məqsəd olduğunu vurğulayıb.

Daha sonra 2018ci ilin göstəricilərinə görə,  topladığı ballar üzrə reytinq cədvəlində kafedra əməkdaşlarının adları sadalanıb.  Belə ki 456 balla dos. P.Kazımi, 406 balla dos. E.Əhmədov, 306 balla N.İsmayılova, 223 balla A.Qurbanov ön sırada olduqları göstərilib.

Qeyd edək ki, iclasda kafedranın professor-müəllim heyəti ilə yanaşı  tarix elmləri namizədi, dosent Mehman Abdullayev  iştirak edib.

Bookmark and Share
© Bakı Dövlət Universiteti