BDU-nun dekanı Tehranda Elm və texnologiyaların inkişafı üzrə İslam ölkələrınin birinci Beynəlxalq Sammitində iştirak edib
08/01/2016BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin dekanı, dosent Azad Qurbanov 27-29 dekabr 2015-ci il tarixlərində İran İslam respublikasının Tehran şəhərində Elm və texnologiyaların inkişafı üzrə İslam ölkələrınin birinci Beynəlxalq Sammitində iştirak edib. Sammitin plenar iclasında cıxış edən Azad Qurbanov”İslam ölkələri üzrə vahid informasiya məkanının yaradılması layihəsini” təqdim edib. Sammitdə 56 islam ölkəsindən çox sayda nümayəndə heyəti iştirak edib və yüksək texnologiyaların işlənilməsi və tətbiqi sahəsində geniş sərgi də iştirakçıların müzakirəsinə təqdim olunub.
İslam ölkələrinin çoxsaylı universitetlərinin təmsil edildiyi sammitdə maraqlı ideyalar, yeni texnolojı layihələr təqdim olunub. Sammitdə bu universitetlərlə BDU arasında gələcək əməkdaşlıq itiqamətləri müzakirə olunub və ikitərəfli görüşlərin keçirilməsi məqsədəuyğun hesab edilib.
İki və çoxtərəfli görüşlər zamanı Azərbyacanda elmi tutumlu texnoloji layihələrə investisya qoyulması məsələsi də müzakirə edilib.
Sammitdə İslam ölkələrində Brend məhsulları və markaları mövzusu da müzakirə edilib. İslam ölkələri brendlərinin öyrənilməsi və təbligi sahəsində tövsiyələr işlənib hazırlanması məqsədilə xüsusi işçi qrup yaradılıb.


