BDU-da “Viley onlayn kitabxana platformasından istifadə qaydaları”na həsr olunmuş seminar keçirilib
18/10/2016Bakı Dövlət Universitetində “Wiley onlayn kitabxana platformasından istifadə qaydaları”na həsr olunmuş seminar keçirilib. Əvvəlcə BDU-nun Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, professor İradə Əliyeva və BDU-nun Elm və innovasiyalar üzrə prorektoru, professor Aydın Kazımzadə çıxış edərək keçirilən seminarın əhəmiyyətindən bəhs ediblər.
Daha sonra “Wiley”in region üzrə satış meneceri Conathan Vinne, Türkiyə, Azərbaycan, Özbəkistan üzrə satış meneceri Duygu Pacalinın məruzələri dinlənilib. Görüşdə “Azərbaycan elmi dünya çapında”, “Azərbaycan elminə “Wiley” tərəfindən baxış”, “Wiley onlayn kitabxana platformasından istifadə qaydaları” kimi mövzular müzakirə edilib, əməkdaşlıq əlaqələrinin perspektivləri müzakirə edilib. Sonda iştirakçıların sualları cavablandırılıb.
Mətbuat və informasiya şöbəsi, 18 oktyabr 2016-cı il.
