BDU-da tyutor hazırlığı kursunun IX buraxılışının yekun imtahanı keçirilib

07/07/2017

Bakı Dövlət Universitetində tyutor hazırlığı kursunun IX buraxılışının yekun imtahanı keçirilib. Elm və innovasiyalar üzrə prorektor, professor Aydın Kazimzadənin iştirak etdiyi imtahanda iştirak edən 11 nəfər tyutorluğa namizəddən iki nəfəri maksimum nəticə (100 bal) əldə ediblər. Artıq 9 ildir ki Boloniya prosesindən irəli gələn işlərin həyata keçirilməsinə kömək məqsədilə BDU və digər universitetlər üçün ümumilikdə 300-ə yaxın tyutor hazırlanıb. İndiyədək kursu bitirən BDU namizədlərinin böyük əksəriyyəti fakültələrdə və müvafiq strukturlarda işlə təmin ediliblər. Onu da qeyd edək ki, 2008-ci ildən başlayaraq Avropa Birliyinin “Cənubi Qafqazda elektron cəmiyyətin inkişafı” layihəsi çərçivəsində Boloniya prosesinin baza prinsiplərinin və “Virtual universitet”in təhsil sisteminə tətbiqinin öyrənilməsi ilə əlaqədar tyutor hazırlığı kursları keçirilir.

Bookmark and Share
© Bakı Dövlət Universiteti