BDU-da ümumdünya sülh günü qeyd olundu

19/09/2014

BDU-da “Beynəlxalq Sülh Günü” ilə bağlı tədbir keçirildi

 

Bakı Dövlət Universitetində Kitabxanaçılıq-infomasiya fakültəsinin təşkilatçılığı ilə “Beynəlxalq Sülh Günü” ilə bağlı tədbir keçilrilib. “Azərbaycan ədəbiyyatında sülh mövzusu” adlı tədbiri Kitabxanaçılıq-infomasiya fakültəsinin dekan müavini, dosent Ələmdar Cabbarlı açaraq mövzunun əhəmiyyətindən bəhs edib. O, bildirib ki, bizim xalqımız tarixən sülhsevər xalq olub və bu dünyagörüşü folklorumuzdan başlayaraq çağdaş dövrümüzə qədər ədəbiyyatımızda öz əksini tapıb. Ə.Cabbarlı ölkəmizdə yaradılan ictimai-siyasi sabitlikdən də bəhs edib. O, vuğulayıb ki, bizim dövlətimiz və cənab Prezidentimiz İlham Əliyev hər zaman regionda sülhün möhkəmlənməsinə çalışıb və sülhün qarantı kimi çıxış edib.

Daha sonra tədbirə dəvət olunmuş şairlər - Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü, Prezident Təqaüdçüsü Qəşəm Nəcəfzadə, BDU-nun kafedra müdiri, dosent Knyaz Aslan, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident Təqaüdçüsü Əvəz Qurbanlı tələbələr qarşısında çıxış edərək, dünyada və regionda sülhün əhəmiyyətindən bəhs etmiş, bu mövzuda yazılmış şeirlərini oxumuş və tələbələrin suallarını cavablandırılıb.

Tədbir tələbələrin hazırladığı ədəbi-bədii kompozisiya ilə yekunlaşıb.

Mətbuat və informasiya şöbəsi, 24 sentyabr 2014-cü il.

Bookmark and Share
© Bakı Dövlət Universiteti