BDU-da Elmi Şuranın genişləndirilmiş iclası keçirilib

15/10/2014

Elmi Şuranın genişləndirilmiş iclası keçirilib. İclası giris sözü ilə universitetin rektoru, akademik Abel Məhərrəmov açıb və gündəliyi elan edib. Elm və innovasiyalar üzrə prorektor, professor Aydın Kazımzadə IV Bakı Beynəlxalq Humanitar Forumunun “İnnovativ inkişafda fənlərarası inteqrasiyanın rolu” mövzusundakı Dəyirmi masanın işi haqqında hesabat verib. Həmçinin prorektor, məzunlarla əlaqə, praktika və karyera mərkəzi haqqında məlumat verib.

2013-2014-cü tədris ilində çöl təcrübələrinin, yay məktəbinin və imtahan sessiyasının təşkili və nəticələri haqqında  Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, professor İradə Əliyeva hesabat verib. “Gənc istedadlar” Liseyinin direktoru, professor Qasım Hüseynov isə liseyin fəaliyyəti haqqında danışıb. Tədbirdə həmçinin elmi adların verilməsi və cari məsələlər baxılıb.

Mətbuat və İnformasiya şöbəsi, 15 oktyabr 2014-cü il.

Bookmark and Share
© Bakı Dövlət Universiteti