BDU-da “Elektron kataloq – yüksək informasiya texnologiyalarının nəticəsi kimi” mövzusunda elmi-praktik konfrans

17/04/2017

Bakı Dövlət Universitetində Azərbaycanda Kitabxana İşinin İnkişafı Assosiasiyasının və Kitabxanaçılıq-informasiya fakültəsinintəşkilatçılığı ilə “Elektron katoloq – yüksək informasiya texnologiyalarının nəticəsi kimi” mövzusunda tələbələrin elmi-praktik konfransı keçirilib. Konfransda BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin profossor- müəllim heyəti, kitabxana ictimaiyyətinin nümayəndələri, o cümlədən Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kitabxanasının, ADA Universiteti kitabxanasının, Respublika Elmi Tibb Kitabxanasının, Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının, BDU-nun Elmi kitabxanasının, Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının,AMEA  MEK-in, Xətai rayon MKS-in, Xəzər Universitetinin Kitabxana-Informasiya Mərkəzinin, Axundov adına Milli Kitabxananın, Respublika Elmi Pedaqoji Kitabxananın, Azərbaycan Dillər Universitetininİnformasiya Resurs kompleksinin əməkdaşları və tələbələr iştirak ediblər. Tədbiri Kitabxanaçılıq-informasiya fakültəsinin dekanı Azad Qurbanov açaraq elmi-praktik konfransın əhəmiyyətindən bəhs edib, universitetdə gənc tədqiqatçılar üçün yaradılan şəraitə görə BDU rəhbərliyinə minnətdarlığını bildirib. Sonra  Kitabxana resursları və  informasiya  axtarış sistemləri  kafedrasının müdiri professor Xəlil İsmayılov, layihə rəhbəri – tarix üzrə fəlsəfə doktoru Rəşad Qardaşov çıxış edərək tələbələrə uğurlar arzulayıblar.

Daha sonra tələbələrin hazırladıqları təqdimatlar nümayiş olunub, təqdimatlarla bağlı diskussiyalar keçirilib. Tədbirin yekununda fərqlənən tələbələr diplom və xatirə hədiyyələri ilə təltif olunub.

Bookmark and Share
© Bakı Dövlət Universiteti