BDU yeni tədris ilində ilk Elmi Şurasının iclasını keçirib

11/09/2017

Bu gün Bakı Dövlət Universitetində Elmi Şuranın genişləndirilmiş iclası keçirilib. Rektor, akademik Abel Məhərrəmov Elmi Şuranın gündəliyini elan etdikdən sonra  universitetin nəzdində fəaliyyət göstərən “Gənc istedadlar ” liseyini qızıl medalla bitirən şagirdlərin medallarını təqdim edib və onları ali məktəbə qəbul olmaları münasibətilə təbrik edib.

Sonra Tədrisin təşkili və təlim texnologiyalarıüzrə prorektor, professor İradəƏliyeva yeni tədris ilinə hazırlığın vəziyyəti və 2016/2017-ci tədris ilinin yay semestrinin ilkin nəticələri haqqında məruzə edib.   Məruzəətrafında çıxışlar olub və prorektor İradəƏliyevanın məruzəsi yüksək qiymətləndirilib.

İqtisadi-təsərrüfat işləri üzrə prorektor Nəbi Ramazanlı yaradılmış və yeni təmir olunmuş  auditoriyalar, laboratoriyalar və yeməkxanalar haqqında məruzə edib.

Elmi Şuranın iclasında, həmçinin BDU-nun Qazax filialıüzrə müsabiqənin keçirilməsi məqsədilə yaradılmış Komissiyanın arayışının müzakirəsi olub və müsabiqənin keçirilməsi məsələsinə baxılıb.

İclas cari məsələlərin müzakirəsi ilə davam edib.

Bookmark and Share
© Bakı Dövlət Universiteti