BDU tələbəsi “Ədəbiyyat, Musiqi, Təsviri Sənət və Gənclik” adlı layihə çərçivəsində silsilə tədbirdə iştirak edib

06/11/2015

05-07 noyabr 2015-ci il tarixində Bakı şəhərində Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) Azərbaycan Respublikası Prezidentinin Yanında Gənclər Fondunun dəstəyi ilə “Ədəbiyyat, Musiqi, Təsviri Sənət və Gənclik” adlı silsilə tədbir həyata keçirilmişdir. Tədbirdə BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin 2-ci kurs tələbəsi Elnur Məmmədzadə iştirak etmişdir. Çıxışlar Azərbaycan Bəstəkarlar İttifaqında, Azərbaycan Atatürk Mərkəzinin konfrans zalında olmuşdu. Sonda Elnur Məmmədzadə tədbirdə fəal iştirakına və verdiyi töhfələrə görə sertifikatla təltif olundu.

Bookmark and Share
© Bakı Dövlət Universiteti